Nida Təhlil
Paşinyanın Əliyevə zəngi: İrəvan Bakıdan nə istəyir?
Ermənistanın baş naziri Nikol Paşinyanın Prezident İlham Əliyevə zəng etməsi Qarabağ münaqişənin başlanması və sona çatdırılmasını əhatə edən dövrdə Azərbaycan və Ermənistan liderlərinin ilk telefon danışığıdır. Bakı-İrəvan xəttində sülhün əldə olunmasının ən bariz nümunələrindən biri kimi tarixi hadisə hesab oluna bilər.
Zəngin Paşinyan tərəfindən edilməsi Ermənistanın sülhün daha çox tərəfdarı olmasından yox, diktə edənin Azərbaycan olmasından qaynaqlanır. 2023-cü ilə qədər danışıqları imtiyası edən Ermənistan yalnız antiterror əməliyyatı ilə suverenliyimizin bərpasından sonra reallıqla barışmağa, Bakının təşəbbüsü və diktəsi ilə formalaşan sülh gündəliyinə qayıtmağa məcbur oldu. Mövcud şərtlərdə sülh gündəliyinin dağılması Ermənistan üçün daha risklidir:
- İndiyə qədər daha çox ritorik müstəvidə baş verən Rusiya ilə qarşıdurma praktiki mərhələdə sürətlənir;
- İran ətrafında geosiyasi qarşıdurma Ermənistan üçün regionda alternativləri məhdudlaşdırır;
- Avrointeqrasiya xətti Türkiyə ilə sərhədlərin açılması və Avropa bazarına çıxışı İrəvan üçün taleyüklü məsələyə çevirib;
Bu vəziyyətdən çıxış yolu Azərbaycanla sülh sazişinin imzalanmasıdır. Paşinyanın Əliyevə zəngi də Vaşinqton anlaşmalarına və prosesin yekunlaşmasına sadiqliyini təsiqləmək məqsədi daşıyır. Lakin Paşinyanın sülhə sadiqliyi üçün Əliyevə zəngdən daha çox şey etməli –Azərbaycana qarşı ərazi iddialarının əks olduğu Ermənistan konstitusiyasını dəyişdirməlidir. Telefon danışığı haqda rəsmi məlumatda liderlərin Vaşinqton anlaşmalarını, sülhün əldə edilməsi istiqamətindəki addımları, iqtisadi və ticarət əlaqələrini və TRİPP – Zəngəzur dəhlinin icrasını müzakirə etdiyi deyilir. Məlumatda qeyd olunmasa da, tərəflərin yekun sülh sazişinin önündə əsas maneə olan Ermənistan konstitusiyasının dəyişdirilməsi məsələsini də müzakirə etdiyi istisna edilməməlidir.
Asif Nərimanlı
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır
-
Paranormal00:45Komadan ayılan qadın mələk gördü, ana dilini unutdu - ““Paralel dünya”ya düşmüşdüm”
-
İdman00:15Ronaldo komandasını sarsıdıcı məğlubiyyətdən xilas edə bilmədi
-
Qoroskop00:00Günün ULDUZ FALI - Kiçik sevgi jestləri münasibətinizi şirinləşdirəcək
-
Sağlamlıq15 Sentyabr 22:48Şam yeməyi üçün ideal vaxt müəyyən edildi
-
İdman15 Sentyabr 22:36Aida Əliyeva yüksək vəzifəyə təyin edildi - RƏSMİ
-
ABŞ15 Sentyabr 22:24Trampın müşaviri Mertsə sərt cavab verdi
















.png)

















.jpg)

