Nida Təhlil
Bakı İrəvan ətrafında çəmbəri daraldır: “məcburetmə əməliyyatının” şifrələri - TƏHLİL
Ermənistanın xaricə çıxışı üçün iki əsas yol var. Lars yolu: Rusiya-Ermənistan tranziti; Gorus-Qafan yolu: İran-Ermənistan tranziti;
Qış fəslində Lars yolu keçilməz olur: TIR-lar günlərlə yolda qalır.
Ermənistanın Rusiya səfirliyindəki gömrük attaşesi Aram Tananyan bildirir ki, bu gündən başlayaraq, Lars yolunda növbələr yaranıb.
Qış fəsli yaxınlaşdıqca vəziyyət daha da mürəkkəbləşəcək: üzüm, mandarin kimi meyvə yüklərinin artacağı gözlənilir; bu məhsullar tez xarab olduğu üçün ünvana çatmaq uğrunda əsl mübarizə başlayacaq; beləliklə, Ermənistan-Rusiya arasındakı daşımalar tıxanacaq;
Lars yoluna alternativ marşrutun 2023-cü ildən tez başa çatması gözlənilmir.
Ermənistanın İrana çıxışı da faktiki Azərbaycanın nəzarətindədir. Gorus-Qafan yolunda baş verənlər, postun qurulması, aparılan yoxlamalar İrandan Ermənistana yük daşımasını ən yaxşı halda yubadır. Azərbaycan öz suveren ərazisindən keçən yolu istənilən vaxt bağlamaq haqqına sahibdir.
Əslində Azərbaycanın Gorus-Qafan yolunda strategiyasının daha uzaqmənzilli hədəfləri var: avqust ayında yol iki günlük bağlananda strateji hədəfin İrəvanı çətin vəziyyətə salmaq və Bakının tələbləri ilə razılaşmağa məcbur etmək olduğunu yazmışdıq.
Rusiya və İrana çıxışı risk altına düşən Ermənistan üçün xilas qərb istiqamətində - Türkiyəyə çıxışın təmin edilməsidir: Ankaradan İrəvana müsbət siqnalların gəlməsi, Paşinyanın “müsbət cavab verəcəyik” açıqlamaları baş verənlər fonunda təsadüfi deyil;
Ermənistan üçün çətin qış gəlir. Belə qış həm də Xankəndidəki ermənilər üçün hazırlanır.
Ermənistan iqtisadiyyatının çətin vəziyyətə düşməsi Qarabağdakı ermənilər üçün də çətinlik yaradacaq: Rusiya və İrandan yük daşımalarında problemlərin yaranması çətinliyi həlledilməz vəziyyətə salır; Xankəndidə rabitə əlaqəsində, su təminatında, mənzil və iş məsələsində problemlər var; Şuşa stansiyasından verilən elektrik enerjisində problemlər yarana bilər və s;
Bütün bunlar Bakının İrəvana qarşı “məcburetmə əməliyyatının” tərkib hissəsidir.
Asif Nərimanlı
-
Region23:00İstanbulda metro qatarı relsdən çıxdı: yaralılar var - Yeniləndi
-
Səhiyyə21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə















.jpg)




















