Nida Təhlil
Ordumuz Şuşanı bu qayda ilə azad etdi - Nəsiman Yaqublu
“Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, əgər biz 28 may 1918-ci ildə Azərbaycanın istiqlaliyyətini sözlə elan etmişdiksə, 15 sentyabr 1918-ci ildə bunu əməli şəkildə həyata keçirdik”.
Bunu Publika.az-a açıqlamasında tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu deyib.
Tarixçi alim qeyd edib ki, Bakının azad olunması çox böyük bir hadisədir: “Bu hadisənin gerçəkləşməsində qardaş Türkiyənin, Qafqaz İslam Ordusunun və Nuru Paşanın çox böyük xidmətləri olub. Torpaqlarımızın azad olunması uğrunda şəhid olan minlərlə türk əsgərini yad edirik. Onlar tək Bakını azad etməyib, Gəncədən başlayaraq demək olar ki, Azərbaycanın hər yerindən düşməni zərərsizləşdirib. Ölkəmizin hər yerində şəhidliklər mövcuddur və onların xatirəsi əbədiləşdirilib. Türk ordusu Gəncə və Bakıda hərbi məktəb yaratdı. Oktyabrın axırında Gəncədə birinci hərbi məktəbin təntənəli açılışı oldu”.
N.Yaqublu vurğulayıb ki, Bakının qurtuluşu ilə Azərbaycan ərazilərində əmin-amanlıq yarandı: “Bakı azad olunduqdan sonra Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. 1918-ci il 7 dekabr tarixində isə Azərbaycan Parlamentinin açılışı oldu. Bakı azad olunarkən indiki Bakı Dövlət Universitetinin olduğu ərazidən Biləcəriyə qədər birinci parad təşkil edildi. Bununla da bütün vətəndaşlara Bakının düşməndən təmizləndiyi göstərildi. Azərbaycan Milli Ordusu tərəfindən ikinci hərbi parad isə 1919-cu ilin aprel ayında, üçüncü hərbi parad Xankəndi və Şuşada keçirildi. 1919-cu ilin iyun ayında həmin paradda baş nazir Nəsib bəy Yusifbəyli və müdafiə naziri Səməd bəy Mehmandarov iştirak edib. Həm dövlətçiliyimizin formalaşmasında, həm də Milli Ordunun yaranmasında Qafqaz İslam Ordusu böyük rol oynayıb. Bakının azad olunması uğrunda gedən döyüşlərlə 2020-ci ildə Şuşada olan döyüşlər arasında taktiki baxımdan oxşarlıq var. O zaman Qafqaz İslam Ordusu “Qurd qapısı” tərəfdən Bakıya daxil oldu, lakin orada odlu silahlarla döyüşmək qeyri-mümkün idi. Çünki ermənilərlə xəyanətkar qüvvələr “Qurd qapısı” tərəfdə, yəni yuxarılarda yeləşmişdilər, Qafqaz İslam Ordusu isə aşağıdan hücum etdi. Nuru Paşa gecə gözlənilmədən soyuq silahlarla hücum edib Bakını işğaldan azad etdi. 2020-ci ildə də bizim şanlı ordumuz bu qayda ilə Şuşanı düşmən işğalından qurtardı. Qardaş Türkiyə əvvəl olduğu kimi, 44 günlük Vətən müharibəsində də bizə dəstək verdi”.
Rahib Ələsgərov
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)






























.jpg)
.jpg)