Nida Təhlil
Allahşükür Paşazadədən Amuliniyə CAVAB: Şirdən, onun quyruğundan...
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ərdəbil vilayətinin imamı Ağayi Amulininin səsləndirdiyi fikirlərə münasibət bildirib.
QMİ-nin mətbuat xidmətindən Publika.az-a daxil olan açıqlamada deyilir:
"44 günlük Vətən müharibəsinin birinci ildönümü, şəhidlərimizin Anım günləri, həmçinin, İmam Hüseyn Əleyhissəlamın 40-ı - Ərbəin ərəfəsində Ərdəbil məscidinin imamının səsləndirdiyi fikirlər Azərbaycan cəmiyyətində təəssüflə qarşılanmış, dindarların haqlı narazılığına səbəb olub. Bu məsələ ilə bağlı dini mərkəz - Qafqaz Müsəlmanları İdarəsinə çoxsaylı müraciətlər daxil olmaqdadır.
Bildiririk ki, Ağayi Amulininin məlum çıxışı, əlbəttə ki, İran-Azərbaycan əlaqələrinin möhkəmlənməsinə, xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsinə xidmət etmir. Ərdəbil kimi qədim, zəngin tarixə malik bir Azərbaycan şəhərində, dini-mədəni irsimizə həmişə ehtiram bəsləyən bir icmanın hüzurunda belə bir çıxışı özünə rəva bilmək azı hörmətsizlikdir. İran İslam Respublikasının da etiraf etdiyi kimi, Azərbaycan öz torpaqlarını - Qarabağı azad etməklə ərazi bütövlüyünü bərpa edib. İndi isə bu torpaqlarda öz suveren hüquqlarını, beynəlxalq qanunlara uyğun olaraq möhkəmləndirməklə, erməni barbarlarının dağıtdığı, tarmar etdiyi evlərimizi, viran qoyub donuz tövləsinə çevirdiyi məscidlərimizi, məhv etdiyi mədəni-mənəvi irsimizi bərpa və yenidənqurma işləri apardığı zaman bu uğurlara bizimlə bərabər ağayi Amulinin də sevinməsi məntiqi olardı. Lakin təəssüf ki, Ərdəbil məscidinin imamı qəsbkarların, separatçıların vandal əməllərinə göz yummağı tərcih etdi. Biz dindarlar, möminlər yəqin ki şirdən, onun quyruğundan, müharibədən deyil, Allahın buyurduğu, Peyğəmbərimizin tövsiyə etdiyi kimi sülh, barış, dinclik niyyətindən, onun rəmzi olan göyərçindən danışmalıyıq.
Dindarlar, din xadimləri Uca Allahın hökmünə istinadən insanları doğru yola, haqq yoluna, ədalətə dəvət etməliyik. Müqəddəs Kitabımızda buyurulduğu kimi: "(İnsanları) Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mücadilə et. Şübhəsiz ki, yolunu azanları da, doğru yolda olanları da Rəbbin yaxşı tanıyır" (Nəhl, 125).
Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirə biləcək belə çıxışlar mehriban qonşuluq, İslam həmrəyliyi ruhuna təmamilə ziddir. Qarabağ münaqişəsi bitib. Zənnimizcə, Ağayi Amulinin xütbələrini bu səmtə yönəltməsi münasib olardı.
Allah haqq yolunda olanlara yardımçı olsun!".
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı













.jpg)















.jpg)



.jpg)

