Neftin qiyməti 65 dollara düşəcək? - Ekspert AÇIQLADI
Bizi izləyin

Nida Təhlil

Neftin qiyməti 65 dollara düşəcək? - Ekspert AÇIQLADI

“Neftin qiyməti ümumiyyətlə, hər gün dəyişir. Bu dəyişmə aşağıya, ya da yuxarıya doğru olur. Hazırda neftin dünya bazar qiymətləri 75-80 dollar dəhlizindədir. Noyabr ayı üçün qiymətlər 78,5 dollar ətrafındadır. Dekabr qiymətlərinə baxdıqda görürük ki, 81 dollar 20 sent və ya ondan bir dollar aşağı qiymətə ticarət edilir. “Treyler”lər belə gözləyir ki, dekabrda qiymətlər daha ucuz olacaq”.

Bunu Publika.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “qara qızıl”ın qiymətindən danışarkən deyib. Mərkəz rəhbərinin sözlərinə görə, reallıqla götürsək, neftin dünya bazar qiymətinin enməsi və ya qalxması bir çox faktorlara bağlıdır:

“Havanın soyuqluq dərəcəsindən, ölkələrin neft ehtiyatlarının hansı səviyyədə olmasından çox asılıdır. Hasilatın həcmi də neftin qiymətinə təsir edəcək amillərdəndir. Get-gedə “OPEC+” çərçivəsində hər ay hasilat 400 min barrel artacaq. Digər tərəfdən, dünya iqtisadiyyatının neftə olan təlabatı, onun göstəriciləri burada əsas faktrorlardandır. Oktyabrın 20-dən sonra üçüncü rüblə bağlı dünya iqtisadiyyatının vəziyyətinə dair hesabatlar açıqlanacaq. Noyabrda isə 2022-ci illə bağlı ilk proqnozlar veriləcək. Tanınmış, adlı-sanlı şirkətlər, banklar neftin qiymətləri ilə bağlı fərqli-fərqli proqnozlar verirlər. Proqnozlar müxtəlifdir. 65 dollarla 100 dolları aşan proqnozlara da rast gəlmək olar. Bu diapazonda proqnozları küçədən keçən insan da səsləndirə bilər. Ötənilki faktiki qiymətlərə baxanda görə bilərik ki, heç bir mərkəz, şirkət dəqiq proqnoz verməyib”.

İlham Şabanın fikrincə, ona görə də proqnozlar neftin dəqiq qiymətini müəyyənləşdirmək imkanına malik deyil:

“Dünya və şirkətlər üçün neftin orta qiyməti maraqlıdır. Sentyabrın əvvəlində “Brent” markalı neft 70 dollardan yuxarı həddə idi. Sentyabrın sonuncu günündə isə qiymət 78,5 ətrafındadır. Kifayət qədər artım müşahidə olunur. Hətta iki gün öncə qiymətlər 80 dolları da keçmişdi. Neftin qiymətini “qızışdıran” amillər burada əsas rol oynayır. ABŞ-dakı “İra” qasırğası 1,7 milyon barrel nefti bazardan müəyyən bir dövr üçün çıxara bildi. Hesab edirdilər ki, bu qasırğanın fəsadları iki həftəyə qaldırılacaq. Amma həmin hadisədən faktiki olaraq bir ay vaxt keçib, amma tam qaldırılmayıb. İkincisi, qaz qiymətlərinin yüksək olması nəticəsində enerji şirkətlərinin mazutdan istifadəyə meyilliliyi olur. Bu da neftin qiymətlərinin artması deməkdir. Bu iki faktor aradan çıxsa neftin qiyməti 65 dollara da düşə bilər”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm