Nida Təhlil
Prezident bu qüvvələrə mesaj verdi ki... - ŞƏRH
Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda çıxışı zamanı bir sıra vacib məqamlara toxundu. Dövlət başçısı 44 günlük Vətən müharibəsi nəticəsində tamamilə məğlub edilmiş Ermənistanın 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur olduğunu qeyd etdi və bildirdi ki, artıq Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Cənab Prezidentin də qeyd etdiyi kimi, münaqişə artıq bitib, sadəcə onun razılaşmadan asılı olan bəzi məqamları, kommunikasiyaların açılması, əhalinin yerləşdirilməsi kimi xırda detalları qalıb. Bunlar da qarşılıqlı müzakirələr formasında həll olunacaq. Azərbaycan 44 günlük Vətən müharibəsində böyük zəfər əldə etdi və ərazi bütövlüyümüzü təmin etdik.
Bu fikirləri Publika.az-a Bakı Dövlət Universitetinin dosenti, geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov deyib.

O bildirib ki, Prezident İlham Əliyev Qarabağ həqiqətlərini 44 günlük müharibə zamanı da, ondan əvvəl və sonra da beynəlxalq mötəbər tribunalarda səsləndirib: “Cənab Prezident müharibə bitəndən sonra münaqişənin başa çatdığını bütün mötəbər tribunalarda səsləndirib. İlham Əliyev bütün beynəlxalq forumlarda çıxışı zamanı, Qoşulmama Hərəkatının zirvə toplantılarında, eyni zamanda BMT-nin 76-cı sessiyası zamanı da bunu dəfələrlə vurğulayıb. Beynəlxalq ictimaiyyətə çatdırıb ki, biz həqiqətən münaqişəni həll etmişik. Ermənistanın daxilində və beynəlxalq aləmdə bəzi qüvvələr proseslərə kənardan müdaxilə etməyə cəhd edirlər. Ermənistan daxilində bəzi qüvvələr var ki, münaqişəni hələ də bitməmiş hesab edirlər, revanşist addımlar atmağa cəhd edirlər. Amma bunların heç bir faydası olmayacaq. Çünki Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və Dağlıq Qarabağ münaqişəsi adlı bir münaqişə qalmayıb.
Bu, əvvəldən olduğu kimi, Ermənistan-Azərbaycan münaqişəsi idi ki, 44 günlük müharibədə Ermənistanın kapitulyasiyası ilə həll olundu. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi 27 ildir ki, icra olunmurdu, Azərbaycan bunu öz gücü hesabına icra etdi. BMT-nin görməli olduğu işi Azərbaycan təkbaşına etdi. Sonuncu çıxışında da cənab Prezident bunu dəfələrlə vurğuladı və bütün dünyaya mesaj göndərdi. Bütün dünya ictimaiyyətinə, sona çatan münaqişəni yenidən alovlandırmağa çalışan qüvvələrə çatdırdı ki, bu münaqişə birmənalı olaraq həll olunub və onu yenidən alovlandırmaq, hansısa müdaxilələr etmək yolverilməzdir. Azərbaycan tərəfi buna imkan verməyəcək. Bütün məsələlər 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarının şərtləri əsasında öz həllini tapacaq”.
Akqabay Mıradov
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Hadisə3 Avqust 21:39Azərbaycanlıların da olduğu gəmi vuruldu
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?
-
Ekologiya3 Avqust 18:20İlin son Günəş tutulması baş verəcək



























.jpg)
.jpg)






