Nida Təhlil
Müstəqilliyimizin möhkəmlənməsi Ulu öndərin adı ilə bağlıdır - Politoloq
“Azərbaycanın müstəqillik prosesi SSRİ-nin dağılma prosesinə təsadüf edirdi. 1991-ci ilin dekabrında SSRİ faktiki olaraq Belovejsk müqaviləsi ilə süquta uğradı. Bundan cəmi 2 ay əvvəl Azərbaycan öz müstəqilliyini qazanmışdı. Amma çox mürəkkəb bir vəziyyət var idi. Müstəqilliyi elan etmək hələ tam mənada müstəqil olmaq demək deyildi”.
Bunu Publika.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Politoloq bildirib ki, Azərbaycanın faktiki müstəqilliyi 1993-cü ildən sonra mümkün oldu:

“1993-cü ildə hakimiyyət dəyişdi. Əvvəlki hakimiyyətlərdən fərqli olaraq Heydər Əliyev prezident seçiləndən sonra dövlətçiliyimizi və müstəqilliyimizi gücləndirmək üçün fəaliyyətə başladı. Bir sıra islahatlar həyata keçirdi. İqtisadi müstəqilliyimizi təmin etdi. Dövlət quruculuğu işi həyata keçirilməyə başlandı. Bir sözlə, müstəqilliyimizin möhkəmlənməsi Ulu öndərimizin adı ilə bağlıdır. Təbii ki, SSRİ dağılan dönəmdə biz müstəqillik əldə etdik və bu, tarixi zərurətdən irəli gəlirdi. 20 yanvar hadisələri Moskvanın bizə fərqli münasibəti ilə bağlıdır. Bu hadisə olmaya da bilərdi. O zaman digər ölkələrdən fərqli olaraq biz qansız-qadasız öz müstəqilliyimizi həll edə bilərdik. Amma Qarabağ problemi var idi. 20 yanvar hadisələrindən sonra Moskva bir daha bizim necə mərd, mübariz xalq olduğumuzu anladı”.
-
Avropa14:21Bu ölkə NATO-dan uzaqlaşma qərarı verdi - Referendum keçiriləcək
-
İdman13:31UEFA-dan FİFA rəhbərinə qarşı sərt addım: Daha qətiyyətli tədbirlər görüləcək
-
MDB13:08Ukrayna ABŞ-a səfir tapa bilmir: Zelenski iki namizəd arasında qalıb
-
ABŞ10:14Melaniya Ağ Evdə yaşamırmış: Trampla onun arasında nə baş verib?
-
MDB09:32Rusiyada gecə kabusu: 400-dən çox PUA... - 16 region hədəfdə
-
Dünya08:00Bu ölkədə kütləvi adam oğurluğu - 47 ölü, 50-dən çox girov var
-
İdman07:47Sabiq hücumçu həbs edilə bilər
-
Magazin206:16“Mələk” nişan xəbərindən sonra bikinidə poza verdi - FOTO




































.jpg)
.jpg)

.jpg)