Nida Təhlil
Türkiyə və Azərbaycan dünyaya mesaj verdi - Rəy
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli rayonuna səfər etməsi və Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında açılış lentinin kəsilmə tarixi əhəmiyyət kəsb edir. Bu, bir daha dünyaya göstərdi ki, Azərbaycan və Türkiyə hər zaman birlikdədir”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib.
Deputat qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev birlikdə dünyaya bir neçə mesaj verdi: “Türkiyə və Azərbaycan şirkətləri 8 ay ərzində dünya standartlarına cavab verən hava limanının tikintisində bərabər çalışıblar. Qardaş Türkiyə müharibə dövründə bütün imkanlarıyla bizim yanımızda oldu. İndi də Qarabağda aparılan quruculuq işlərində Türkiyə şirkətləri iştirak edir. Hər iki ölkə prezidentlərinin çıxışlarında pozitiv məqamlar diqqət çəkdi. Bu səfər çərçivəsində hər iki ölkə rəhbəri tərəfindən Zəngəzur dəhlizinin təməli atıldı”.
F.Ağamalı vurğulayıb ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu səfər çərçivəsində Ermənistana və onun havadarlarına öz mövqeyini bir daha bildirdi: “Mətbuat konfransında bir sıra ciddi məqamlara diqqət yetirildi. Prezident İlham Əliyev müharibə dövründə və müharibədən sonrakı dövrdə Türkiyənin dəstəyini önə çəkib Türkiyə dövlətinə həm özünün, həm də Azərbaycan xalqının adından təşəkkürlərini bildirdi. Ərdoğan qeyd etdi ki, bundan sonra da Azərbaycanla münasibətlər inkişaf edəcək. Türkiyə Prezidenti bildirdi ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə, Azərbaycanla münasibətləri normallaşdırmaq üçün konkret addımlar atarsa, Türkiyə ilə Ermənistan arasında münasibətlər düzələ bilər. Yəni Türkiyə dövləti hazırdır ki, Ermənistanla əlaqələr normallaşsın. Ancaq Ermənistan hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, demarkasiya və delimitasiya işlərində problem yaratmamalıdır, Qarabağda yaşayan ermənilərdən müəyyən təxribatlar üçün istifadə etməyi dayandırmalıdır. Bu məsələlər Ermənistanın rifah içində bir dövlət kimi yaşamasına şans yaradacaq. Həmin səfərdə Türkiyənin Xarici İşlər naziri və Müdafiə nazirinin iştirak etməsi təsadüfi deyil. Bu o deməkdir ki, Türkiyə özünün müdafiə imkanları ilə Azərbaycanın yanındadır”.
Rahib Ələsgərov
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı

















.jpg)













.jpg)



.jpg)

