Nida Təhlil
Bu forum ona görə əhəmiyyətlidir ki... - Musabəyov
“Post-münaqişə dövründə VIII Qlobal Forumun Bakıda keçirilməsini Azərbaycanın 44 günlük müharibədən sonra yaranmış reallıqları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından çox müsbət hadisə hesab edirəm. Nəzərə almaq lazımdır ki, bu cür formların, beynəlxalq tədbirlərin keçirilmədiyi bir dövrdə Ermənistan gəlib bizim torpaqlarımızı işğal etmişdi, əvəzində də dünya gəlib bizə barmaq uzadırdı ki, özümüzü düzgün aparmırıq. Guya, biz “yazıq” ermənilərə “zülm edirik”. Faktiki olaraq biz həmin dövrlərdə informasiya blokadasında idik. İnformasiyaların dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında sonradan bu kimi tədbirlər çox böyük rol oynadı”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Millət vəkilin bildirib ki, 44 günlük müharibə zamanı bütün Ermənistanın və onu himayə edən dövlətlərin səylərinə baxmayaraq, nə Azərbaycanı təkləmək, nə də Azərbaycana qarşı dünya ictimai rəyini mobilizasiya etmək imkanları oldu:
“Ən yaxşı halda, kimlərsə ermənilərin başlarını sığallayırdı. Ancaq Azərbaycanla bağlı əvvəlki kimi sərt mövqedə dayana bilmirdilər. Bütün bunlar bu cür qlobal formların nəticəsində baş vermişdi. İndi isə post-konflikt həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Azərbaycan Ermənistana sülh əlini uzadıb. Azərbaycan sərhədlərin dəqiqləşdirilməsi məsələsi, yolların açılması, dəhlizlərin fəaliyyətə başlaması və əlaqələrin qurulması ilə bağlı Ermənistan qarşısında öz təkliflərini irəli sürür. Təəssüflər olsun ki, Ermənistan cəfəngiyyat tələblər səsləndirir. Faktiki şəkildə mövcud olmayan Qarabağın “statusu”nu istəyirlər. Bu isə hazırda qeyri-mümkündür. Odur ki, bu cür forumlar post-konflikt dövründəki həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqda mühüm rol oynayır. Eyni zamanda, bu işə xidmət edir. Eləcə də Azərbaycan müharibədən sonra tamam başqa Azərbaycandır. Azərbaycanın gücü də, imkanları da xeyli genişlənib. Bu gün Azərbaycan regionda geopolitik duruma olduqca ciddi təsir edən bir dövlətdir. Azərbaycan Cənubi Qafqaz ölkələri arasında beynəlxalq subyektliyini saxlayan bəlkə də yeganə dövlətdir ki, öz siyasətini özü müəyyənləşdirir. Eləcə də həmin siyasəti həyata keçirmək üçün imkanları da mövcuddur”.
Tural Turan
-
Elm və təhsil08:4515 sentyabrda məktəblərin qarşısında nə baş verəcək? - Valideynlərin nəzərinə
-
ABŞ08:30Tramp: Kanada ABŞ ştatına çevrilməlidir
-
İdman07:15“Tottenhem” böhranda: 332 milyon funt xərcləndi, amma qələbə və qol yoxdur
-
ABŞ02:4411 sentyabr terror aktının pərdəarxası: MKİ 71 məxfi sənədi yayımladı
-
Qoroskop01:40Sentyabrın ikinci yarısı bu bürclər üçün unudulmaz olacaq
-
ABŞ00:27ABŞ qüvvələri hərəkətə keçdi - Gecə əməliyyatına hazırlıq gedir
-
Elm və təhsil11 Sentyabr 21:51Azərbaycanda universitetlər 3 illik olacaq? - Açıqlama
-
Hadisə11 Sentyabr 19:20Gəmi qəzasına görə saxlanılan 3 azərbaycanlı ilə bağlı qərar















.jpg)











.jpg)








