Nida Təhlil
Bu, Azərbaycanın böyük zəfəridir – Deputat
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Vlll Zirvə Görüşü tarixi hadisədir. Ümumiyyətlə, Türk Dövlətləri Şurasının yaradılmasının, yeni təşkilatın qurulmasının özünü də böyük bir tarixi hadisə kimi qiymətləndirirəm. Bu tarixi hadisə yeni bir birliyin, təşkilatın dünyaya gəlişidir. Eyni zamanda bu demokratiya, haqq, ədalət və əməkdaşlıq təşkilatı ölkəmizi milli, mənəvi, tarixi dəyərlər üzərində birləşdirir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib. O bildirib ki, gələcəkdə türk dövlətlərinin siyasi, təhlükəsizlik, iqtisadi sahələrdə əməkdaşlığı ilə yanaşı, bu təşkilat mədəni, humanitar sahələrdə də böyük bir əməkdaşlıq potensialına malikdir:
“Yeni nəqliyyat dəhlizləri, enerji sahəsində olan birgə sistemlərin formalaşmağı gələcəyə ümidlə baxış vəd edir. Bu dövlətlərin birliyi böyük bir ərazidə yeni sistemin formalaşmağına imkan verəcək. Əminəm ki, bu təşkilatda iştirakçı olan ölkələrin digər böyük potensialı yeni nəslin inkişafına təkan verməkdir. Gələcəkdə bilikli, yüksək səviyyəli peşəkarlardan ibarət olan sistemi formalaşdıracaqlar. Eyni zamanda dünyada mövcud olan rəqabətə qarşı bu təşkilat hər bir ölkənin səylərini birləşdirəcək. Bu tarixi hadisə ilə bağlı hamını təbrik edirəm. Çünki bu, Azərbaycan dövlətinin uzun illərdir ki, həyata keçirdiyi strategiyanın böyük bir zəfəridir”.
Tural Turan
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)





























.jpg)
.jpg)