Nida Təhlil
Heç kim çıxışlarımdan həyəcanlanmasın...
Xəbər verildiyi kimi, ötən həftədən parlamentdə büdcə müzakirələri başlayıb. 2022-ci ilin dövlət büdcəsi layihəsi və onun müzakirələri barədə fikirlərini öyrənmək üçün Moderator.az-ın əməkdaşı millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyevə müraciət edib:
"Ölkəmizin insan resursları və iqtisadi potensialı imkan verir ki, radikal iqtisadi islahatlar aparmaqla 5 il ərzində büdcənin gəlirlərini 2022-ci il üçün proqnozlaşdırılan 26,8 milyard manatdan 100 milyard manata çatdıraq. Bunun üçün iri dövlət şirkətləri, müəssiələri, xəstəxanalar, əksər ali məktəblər, xidmət sahələri özəlləşdirilməli, bəziləri isə uzun müddətə təcrübəli şirkətlərə istifadəyə verilməlidir. Dövlət inhisarçı şirkətləri parçalamalı, bütün sahələrdə güclü rəqabət mühiti yaratmalı, bizneslə məşğul olmamalıdır. O iqtisadiyyatda yalnız tənzimləyici funksiya yerinə yetirməlidir. Azərbaycan digər Cənubu Qafqaz ölkələri kimi Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qısa müddətdə üzv olmalıdır.
Bundan başqa məhkəmə-hüquq islahatları dərinləşdirilməli, bu sahədə çalışan işçilərin maaşları o həddə qədər artırılmalıdır ki, ləyaqətli həyatlarını təmin edə bilmələri üçün qanunsuz yollarla əlavə gəlir əldə etmək barədə düşünməsinlər. Çünki həmin vəsait vətəndaşlardan və iş adamlarından müxtəlif yollarla alınacaq. Bir dəfə qanunu pozan şəxs ailəsini dolandırmağa bəs edəcək qədər maliyyə əldə edib dayanmayacaq. Beləliklə də cəmiyyətdə hüququn aliliyi, ədalət və mülkiyyət toxunulmazlığı xəyallara çevriləcək. Ona görə də bu kateqoriyadan olan şəxslərin əmək haqlarının artırılmasının zərurliyi barədə danışanda əsasən bunu nəzərdə tuturam. İnsanlara daşıdıqları vəzifənin məsuliyyətinə, gördükləri işin həyat və sağlamlıq üçün yaratdığı təhlükəyə, işin ağırlığına, işçinin yaratdığı dəyərə görə maaş təyin olunmalıdır. Ona görə heç kim mənim çıxışlarımdan həyəcanlanmasın. Həmin kateqoriydan olan insanların maaşlarının artırılması pensiyaçının, müəllimin, həkimin, hərbçinin, bir sözlə, hər kəsin xeyrinədir. Məhz bu səbəbdən, həm də ləyaqətli yaşamaları üçün mən həmişə dövlət hakimiyyət orqanlarında çalışan şəxslərə yüksək maaşların verilməsinin tərəfdarı olmuşam və bu barədə açıq çağırışlar etmişəm. Bütün bunlar BAXCP-nin seçki platformalarında öz əksini tapıb. Uğurlu əmək haqqı siyasəti ilə iqtisadi islahatlara başlamaq lazımdır. Sinqapur təcrübəsi (möcüzəsi) gözlərimiz önündədr. Əks halda onlar iqtisadiyyatın inkişafı qarşısında böyük əngələ çevriləcəklər, xarici və yerli investorlar iqtisadiyata vəsait yatırmayacaq, müasir texnologiyaların ölkəyə gətirilməsi problemə çevriləcək, büdcə neft gəlirlərindən asılı olaraq qalacaq və biz ölkəmiz üçün kiçik hesab oluncaq bu büdcə ilə nə elmə və təhsilə, nə də işsizlərin və aztəminatlı ailələrin sosial müdafiəsinə yetərincə maliyyə ayıra bilməyəcəyik. Onu da qeyd etməliyəm ki, aparılacaq siyasi və hüquqi islahatlar yolu ilə hökumətin fəaliyyətinə və büdcənin icrasına parlament nəzarəti gücləndirilməlidir. Bu yolla biz ölkəyə böyük məbləğdə sərmayə cəlb edə və büdcə vəsaitlərindən səmərəli istifadəni təmin edə bilərik.
Büdcə müzakirələrində isə bu il yenilik ondan ibarət oldu ki, Milli Məclisin sədri hörmətli Sahibə xanımın təşəbbüsü ilə İqtisadiyyat Komitəsində müzakirələrə parlamentdə təmsil olunan siyasi partiyalar da dəvət olunmuşdu. Komitə sədri Tahir Mirkişili isə tam demokratik və peşəkar bir müzakirə keçirilməsini təmin etdi. Əlbəttə, daha yaxşı olardı ki, parlamentdə fraksiyalar olsun və müzakirələr də fraksiyalarda aparılsın".
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO