Nida Təhlil
Bu qanun Azərbaycanda mətbuatın inkişafında növbəti mərhələnin başlanğıcı olacaq - Rəhimzadə
“Media haqqında yeni qəbul olunacaq qanunun layihəsində Azərbaycan mətbuatının inkişafına kifayət qədər töhfələr verəcək, müasir mətbuatın inkişaf strukturunu formalaşdıracaq zəngin fikirlərlə dolğundur. Hesab edirəm ki, bu qanunun qəbul olunması çox vacibdir. Bu yeni qanun həm mediamızın, həm də cəmiyyətimizin inkişafı baxımından çox əhəmiyyətlidir”.
Bunu Publika.az-a açıqlamasında “İki sahil” qəzetinin baş redakoru Vüqar Rəhimzadə deyib.
Baş redaktor bildirib ki, hazırda qüvvədə olan qanun 1999-cu ildə qəbul edilib:
“Əvvəlki qanunun qəbulundan bizi 22 illik bir zaman ayırır. 22 il ərzində həyatımız dəyişib. Eləcə də ölkəmizdəki inkişaf göz önündədir. Dünya da dəyişib, yenilənib. İnformasiya texnologiyalarında da biz kifayət qədər yeniliklərin şahidiyik. 1999-cu ildə qanun qəbul edilərkən saytlar, digər elektron yeniliklərldən danışa bilməzdik. Bunun məntiqi də yox idi. Çünki bu yeniliklər daha sonrakı dövrdə meydana gəldi. O vaxt şərait və imkan yox idi ki, biz onlara əsaslanıb danışaq. 22 il əvvəl qəbul edilmiş qanun daha çox çap mediasını özündə əks etdirirdi. Orada çap mətbuatının nizamlanması, onun hüquqi əsaslara söykənməsi və qanunlar çərçivəsində fəaliyyətinə böyük töhfə verəcək bir mexanizm idi. Amma bu gün Azərbaycanda onlarla, yüzlərlə media resursları fəaliyyət göstərir. Sosial şəbəkələr, internet televiziyaları fəaliyyətdədir”.

Vüqar Rəhimzadənin fikrincə, belə olan halda artıq yeni qanunun ortaya çıxması və medianın digər sferalarını özündə əks etdirən qanunun olması zərurətdir, vacibdir:
“Bu gün saytların yayımlanması, onların hüquqi bazaya söykənərək fəaliyyət göstərməsi üçün böyük boşluqlar var. Bu boşluqların doldurulması yeni media haqqında qanunda nəzərdə tutulmuş müddəalarla, maddələrlə daha dolğun şəkildə öz əksini tapıb. Yeni qanun layihəsi peşəkarlığın və medianın sambalının artırılmasına xidmət edəcək. Yeni qanun cəmiyyətdə medianın nüfuzunun artması baxımından da zəruridir. Ona görə də bu qanunun qəbulu vacibdir. Vahid jurnalistika sisteminə keçid də çox əhəmiyyətli bir layihədir. Biz bir sıra ölkələrə, o cümlədən, qonşu Türkiyəyə nəzər yetirsək görərik ki, orada “basın kartı” mövcuddur. Həmin kart sahiblərinin nə qədər statuslu insanlar olduğunun şahidiyik. Hesab edirəm ki, zamana adekvat olaraq bu qərarlar qanunda öz əksini tapmalıdır. Yeni layihədə də bu məqam diqqəti cəlb edir. Belə qanunlar qəbul olunmalıdır ki, mətbuatımızın iqtisadi imkanları, peşəkarlığı və nüfuzu daha da artsın. Mən media haqqında yeni qanun layihəsini çox yüksək qiymətləndirirəm. Ümidvaram ki, parlamentin depuatları tərəfindən bu qanun layihəsi qısa müddətdə müzakirə ediləcək. Artıq layihə plenar iclasa tövsiyə olunub. Baş redaktorların böyük əksəriyyətinin, parlamentin komitələrinin iştirakı ilə müzakirə keçirildi. Plenar iclasa tövsiyyə olundu. Ümid edirəm ki, bu qanun tezliklə qəbul olunması Azərbaycanda mətbuatın inkişafında növbəti bir mərhələnin başlanğıcı, təməli olacaq”.
Tural Turan
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)





























.jpg)
.jpg)
