Nida Təhlil
"Media haqqında" yeni qanunun hazırlanması olduqca əhəmiyyətlidir - Zifəroğlu
"Media haqqında" qanunla tanış olduğumuz zaman görürük ki, üzərində kifayət qədər zəhmət olan qanun layihəsi təqdim olunub. Bu mənada qanun layihəsinin hazırlanmasında əziyyəti keçən həm hüquqşünaslarımıza, həm də jurnalist həmkarlarımıza təşəkkürümü bildirmək istəyirəm. Burada vacib məqam artıq media sisteminin hüquqi tənzimlənməsi mexanizmini ortaya qoya biləcək vahid bir qanunun təqdim edilməsidir. Bundan əvvəl media fəaliyyətimizi tənzimləyən bir neçə qanun var idi. Bir neçə qanunun yerinə vahid qanun təqdim edilir.
Bu sözləri Publika.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu deyib.
Ekspert qeyd edib ki, "Media haqqında" yeni qanunun hazırlanması olduqca əhəmiyyətli bir hadisədir:
"Həm də nəzərə almaq lazımdır ki, KİV haqqında əvvəlki qanunlar müasir tələb və çağırışlara cavab vermir. Çünki jurnalistika dəyişir, inkişaf edir, media formatları dəyişir, medianın alətləri çoxalır, təsir gücü qüvvətlənir, medianın funksiyaları ilə bağlı artıq yenilənmələr gedir. Bütün bu məqamlar artıq yeni çağırışlara cavab verəcək bir yanaşmanı ortaya qoymağı zəruri edirdi. Odur ki, "Media haqqında" yeni qanuna bu aspektdən baxmağın tərəfdarıyam.
Onlayn media məsələsinin Azərbaycan qanunvericiliyinə gətirilməsi də diqqətəlayiq addımdır. Bu gün onlayn media həm operativlik, həm də informasiya mübadiləsinin təşkil edilməsi baxımından ənənəvi mediadan çox-çox öndədir. Odur ki, onun hüquqi tənzimləmə mexanizmində əksini tapması təbii ki, vacibdir.
Şəxsən mənim bəyəndiyim başqa bir məsələ media savadlılığının qanunvericilikdə öz əksini tapmasıdır. Bunu bir az artırmaq lazımdır. Media savadlılığı arzuolunan səviyyədə təqdim edilməyib. Yaxşı bir haldır ki, bunu qanuna gətirirlər. Hesab edirəm ki, bunun kontentini orada daha aydın izah etmək lazımdır.
Ümumiyyətlə, bu, dövlət və media, cəmiyyət və media münasibtələrini müasir tələblərə uyğun olaraq tənzimləyə biləcək qanun layihəsidir. Müzakirələrdə iştirak edirdim, dəyərli həmkarlarımız maraqlı fikirlər səsləndirdilər. "Teleqraf" Media Qurupunun rəhbəri Aynur xanımın çox gözəl təklifləri oldu. İnanıram ki, sonrakı müzakirələrin gedişatında bu təkliflər də nəzərə alınacaq".
Aytən Məftun
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


