Nida Təhlil
Azərbaycan Prezidentinin vaksinlərlə bağlı haqlı çıxışı böyük dəstək qazandı - Millət vəkili
"Qoşulmama Hərəkatının sədrliyini həyata keçirən Azərbaycan Prezidentinin məhz vaksin ədalətsizliyi ilə bağlı etdiyi çıxış doğru bir irad idi. İlham Əliyevin təşəbbüsü ilə vaksinlərlə bağlı irəli sürülmüş qətnamə hər bir ölkə tərəfindən qəbul edildi".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Deputat qeyd edib ki, pandemiya ilə mübarizədə haqq-ədalət olmalıdır: "Bəzi böyük dövlətlər tərəfindən hansısa kasıb ölkələrin haqqı yeyilir. Çünki həmin böyük dövlətlər ehtiyacları olduğundan daha çox peyvənd sifariş verirlər və belə olduğu halda kiçik dövlətlərə vaksinlərin çatmaması problemi yaşanır. Əgər vaksinlər bütün dünya dövlətlərinə bərabər paylanmasa, pandemiya bitməyəcək. Çünki pandemiya ilə mübarizə bütün dünya dövlətlərinin əməkdaşlığını tələb edir".
A.Mollazadi vurğulayıb ki, Azərbaycan Prezidentinin vaksinlərlə bağlı haqlı çıxışı böyük dəstək qazandı: "İlham Əliyevin verdiyi təkliflər bütün ölkələr tərəfindən qəbul edildi. Artıq bu təklifdən sonra, vaksinlərinin sayı əhalisinin sayından 10 qat artıq olan ölkələr yardıma ehtiyacı olan ölkələrə bu peyvəndləri göndərməlidir. Azərbaycan pandemiya dövründə bir çox ölkələrə yardım edib. Bu ölkələr arasında Asiya, Afrika, Latın Amerikası dövlətləri var. Ölkəmiz bu addımı ilə digər ölkə və təşkilatlara əməkdaşlıq etmək üçün çağırış edib. Azərbaycanın benəlxalq münasibətlərlə bağı xarici siyasəti məhz strateji əməkdaşlıq və tərəfdaşlıqdan ibarətdir. Ölkəmiz həm bu regionda, həm də qlobal arenada beynəlxalq hüquq normalarına hörmətlə yanaşıb və dövlətlər arasında əməkdaşlığın inkişaf etməsinə çalışıb. Həmin tərəfdaşlıq bir çox hallarda dünyada sülhün yaranmasına səbəb ola bilər. Dünyada baş verə biləcək bəlaların tək çıxış yolu məhz əməkdaşlıqdır".
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO




































.jpg)


