Nida Təhlil
İlham Əliyev o liderlərdəndir ki... - Mollazadə
"Prezident İlham Əliyev o liderlərdəndir ki, böhranlı vəziyyətlərdə operativ və effektiv qərarlar qəbul etməyi bacarır. Dünya liderləri ilə normal ünsiyyət bacarığı və əməkdaşlıq qabiliyyəti var. Bir zamanlar onu şiddətli tənqid hədəfinə çevirən dünya mediası istər 44 günlük müharibə dövründə, istərsə də ondan sonra İlham Əliyevə münasibətlərini yaxşı mənada dəyişiblər. Çünki o, dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələri, səmimi və məntiqli fikirləri, ölkəsinin maraqlarını ləyaqətlə təmsil etməsi ilə onların rəğbətini qazanıb".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə deyib.
Millət vəkili bildirib ki, Azərbaycanın “Formula-1”, “Avroviziya”, I Avropa Oyunları və bir çox mühüm beynəlxalq yarışlara evsahibliyi etməsinə dəstək verməklə ölkəmizi yaxşı yöndən dünyaya tanıtmış oldu:
"Bu addımlar ölkənin turizm, iqtisadi, mədəni potensialını dünyaya açdı, həmçinin investisiya imkanlarını nümayiş etdirdi. Onun siyasəti həm də Azərbaycanın dünyaya açılan mədəni bir pəncərə olduğunu göstərdi. Ayrı-ayrı ölkələrdə, eləcə də Azərbaycanda təşkil edilən müxtəlif festivallar, Azərbaycanın dünya şöhrətli ədiblərinin yubiley mərasimləri, onlara həsr olunan elmi, mədəni və kütləvi tədbirlərin keçirildiyi illər (Nəsimi ili, Nizami ili və s.) ölkəmizi həm də Şərq musiqisinin, mədəniyyət və incəsənətinin, poeziyasının, ədəbiyyatının beşiyi kimi tanıtdı. İndi dünya Azərbaycanı həm də müsəlman Şərqində bir çox ilklərə imza atmış, multikultural dəyərlərə üstünlük verən, çəkinmədən sivilizasiyalararası dialoqa ev sahibliyi edən ölkə kimi tanıyır. Bizim mədəni irs nümunələrimiz UNESCO səviyyəsində tanınır və qorunur. İlham Əliyev bir neçə əməlinə görə tarix kitablarına öz adını yazdırıb. Lakin onların ən şərəflisi və möhtəşəmi ərazilərimizin Ermənistanın işğalından azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır".
ADİP sədri bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” ifadəsinə prezident İlham Əliyev özünün ötən bir il ərzində son dərəcə populyar olan “Qarabağ Azərbaycandır!” sözləri ilə cavab verdi:
"Hər şey də elə bundan başladı. Onun məhz “Qarabag Azərbaycandır!” ifadəsi ərazilərimizin işğaldan azad edilməsinə və bizi qalib millətə çevirməyə vəsilə oldu. Prezident hələ yenidən formalaşdırılan parlamentin ilk iclasında yeni siyasi islahatlarla bağlı anons vermişdi. Bu proses Azərbaycanın müharibədə qazandığı qələbəyə qədər gəlib çıxdı, milli birliyin yaranmasına vəsilə oldu. Tədricən Silahlı Qüvvələrimiz xalqın dəstəyini hiss etdi, yeni nəsil Azərbaycan əsgəri yetişdi. Torpaqlarımızın azad edilməsi İlham Əliyevin prezidentlik dönəmində əldə etdiyi uğurların zirvəsi idi. Bu, dünyanın, beynəlxalq təşkilatların üç onillik ərzində həll edə bilmədiyi Qarabağ probleminin cəmi 44 gündə həll olunması idi. Bu, xalqımızın qürurunun, şərəfinin, inamının özünə qaytarılması idi. Onun liderliyi altında Azərbaycan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş, amma yerinə yetirilməmiş dörd qətnaməsinin tələblərini təkbaşına yerinə yetirdi. Cəmi 44 gün ərzində ərazilərinin 30 illik işğalına hərbi güc yolu ilə son qoydu. Bu müharibədə Azərbaycanın 2900 nəfərədək hərbçisi və yüzə qədər mülki vətəndaşı həlak oldu. Lakin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusu Ermənistanın işğalçı ordusu üzərində zəfər çaldı".
Asim Mollazadə bildirib ki, son nəticədə Ermənistan rəhbərliyi ölkəsinin ordusunun tamamilə məhv olunduğunu görərək kapitulyasiya aktına qol çəkmək məcburiyyətində qaldı:
"Azərbaycan öz şərəfli tarixinə daha bir möhtəşəm günü - 8 Noyabr Zəfər Gününü əlavə etdi. Beləliklə, İlham Əliyev beynəlxalq güclərin diqqətini illərlə görməzdən gəldikləri, bölgənin inkişafını əngəlləyən, sülh və sabitliyə təhlükə yaradan problemə cəlb etdi. Bu gün Avropa İttifaqı, böyük ölkələrin liderləri Ermənistanla Azərbaycan arasında davamlı sülh müqaviləsinin bağlanması, kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması, iki dövlət arasında sərhədlərin delimitasiya və demarkasiyası üçün cəhdlər edirlər. Bu günlərdə Soçi və Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən mühüm görüşlər də bunun bariz nümunəsidir. Azərbaycan regionda yeni reallıqlar yaradıb. Artıq hər kəs bu regionda Azərbaycanla hesablaşmağın vacib olduğunu dərk etməyə başlayıb. Bu, məhz İlham Əliyevin vaxtında və yerində verilmiş qərarlarının, müdrik siyasətinin nəticəsidir".
Tural Turan
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”
-
Dünya11:02
Netanyahudan daha bir təhdid gəldi: Bütün Yaxın Şərq dərs alacaq
-
Sosial10:52
"Hər şey yaxşı olacaq" deyən bələdçinin meyiti tapıldı - VİDEO
-
MDB09:55
Təyyarə qəzasında yaralanan 9 nəfər Qazaxıstandan bu ölkəyə aparıldı - VİDEO
-
Dünya09:42
Putinin partiyasının binası yandırıldı - VİDEO