Nida Təhlil
Rusiya-Ukrayna gərginliyi bu ölkəyə sərf edir - Şərh
"Rusiya və Ukrayna arasındakı gərginlik Moldovada da yaxından izlənilir. Moldova Prezidenti Maya Sandu ötən gün Rusiya və Ukrayna arasındakı gərginliklə bağlı mətbuata açıqlama verərkən "vəziyyət çox ciddidir, prosesə təsir gücündə olan siyasi qüvvələr və təşkilatlar problemi dinc yolla həll etməyə çalışırlar. Ümid edirəm ki, bu yolu tapmaq olacaq və vəziyyət daha da pisləşməyəcək" deyib".
Bunu Publika.az-a açıqlamasında politoloq Turan Rzayev deyib. O bildirib ki, xanım prezident hər nə qədər mövcud vəziyyətdən narahat görünsə də, Rusiyanın Ukrayna məsələsinə fokuslanması Kişinyov üçün əvəzedilməz fürsətdir:

"Məsələ ondadır ki, Ukrayna kimi Moldova da Kremlin "mətbəx məhsulu" olan Dnestryanı münaqişə ilə mübarizə aparır. Moldovanın eks-prezidenti, Rusiyaya meylli olması ilə xatırlanan İqor Dodonun hakimiyyətdən getməsi və yerinə qərbyönlü Maya Sandunun gəlməsi Dnestryanıda gərginliyin artması ilə müşahidə edilib. Sandu Kremlin Dnestryanı üzərindən Kişinyova təzyiq edəcəyini bildiyi üçün hakimiyyətə gələr-gəlməz Rusiyadan qoşunlarını bu ərazidən çıxarmasını tələb etdi. Prinsip etibarilə, Sandu bu gün də bu tələbində israrlıdır, lakin Dnestryanıya hərbi müdaxilə edərək Kremllə üz-üzə gəlmək istəmir".
Ekspert hesab edir ki, Sandu Rusiya-Ukrayna gərginliyindən maksimum dərəcədə istifadə etməyə çalışır:
"Bir müddət öncə ABŞ tarixin ən böyük təchizatını Yunanıstandakı Evros (Dədəağac) bölgəsində həyata keçirdi. Belə ki, rəsmi Vaşinqtona məxsus 1000 hərbi texnika, 120 yeni hücum helikopteri və 3 min amerikalı hərbçi Yunanıstanın Evros bölgəsinə yerləşdirildi. Bu qüvvənin ehtimal olunan gərginlik halında Ukraynanın yardıma gedəcəyi hər kəsə bəllidir. Bundan başqa, Vaşinqton bu hərbi qüvvənin heç də hamısını Yunanıstana yerləşdirməyəcəyini, onların Bolqarıstan, Rumıniya və Moldovaya daşınacağını açıqlamışdı. Yəni rəsmi Kişinyov həm Kremlin başını Ukraynada qatmaq, həm də rəsmi Kiyevə dəstək vermək məqsədilə ölkəsini ABŞ üçün açıq elan edir. Sandunun əsas hədəfi isə Ukrayna-Rusiya gərginliyinin artması fonunda hərbi əməliyyatla Dnestryanı bölgəni separatçılardan təmizləməkdir. Təsadüfi deyil ki, xanım prezident son açıqlamasında "biz də məlumat toplayır, təhlillər aparır və tərəfdaşlarla vəziyyəti müzakirə edirik. Əgər müharibə başlasa, bu, bizə də təsir edəcək və regionda hamı üçün çətin vəziyyət yaranacaq" deyib. Sandu anlayır ki, belə bir fürsət Moldovanın əlinə bir də düşməyəcək. Buna görə də Rusiya-Ukrayna gərginliyindən istifadə edərək Dnestryanıya hərbi müdaxilə etmək üçün Qərblə və ABŞ-la danışıqlar aparır".
Tural Turan
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı

















.jpg)













.jpg)



.jpg)

