Nida Təhlil
Paşinyan Suriyadan sonra Qazaxıstana “qoşun yeritdi”: Qərb “demokratının” dəllallığı
KTMT Qazaxıstana qoşun yeritdi və bu qərarı təşkilata hazırda rəhbərlik edən Ermənistanın baş naziri Nikol Paşinyan qəbul etdi: göndərilən qüvvələrin tərkibində 70 erməni əsgər də var.
70 minlik orduya malik olan Qazaxıstanın 44 günlük müharibədə fərarilik edən erməni əsgərlərinə möhtac olması taleyin ironiyası və baş verənlərin planlaşdırıldığı gerçəyidir. Hərçənd, burada başqa bir gerçək də var: Qərbin “demokrat” kimi qəbul etdiyi Nikol Paşinyan etirazıları yatırmaq üçün “jandarmalıq” edir.
ABŞ-ın keçirdiyi Demokratiya Sammitinə dəvət alanlar sırasında Paşinyan da var idi. Hətta Türkiyə və Azərbaycanın Sammitə dəvət edilməməsi, o cümlədən, anti-demokrat addımlarına dair açıq mənbələrdə belə təkzibedilməz faktların olduğu Paşinyanla yanaşı, dəvət olunanların siyahı da bu tədbirin demokratiyadan çox, siyasi məqsəd daşıdığını deməyə əsas verirdi.
Maraqlı məqam odur ki, Demokratiya Sammitinə dəvət edilən Paşinyan bir gün sonra Suriyaya qoşun göndərdi: vətəndaş müharibəsinin getdiyi, bütün demokratik prinsiplərin alt-üst edildiyi Suriyaya və ölkəni bu vəziyyətə gətirən mövcud rejimə dəstək məqsədilə...
Qərb bunu görmədimi?
Təbii ki, görürlər, lakin yenə Paşinyanı “demorkat” hesab edirlər. Çünki məqsəd demokratiya yox, siyasidir və təcrübə də təsdiq edir ki, siyasi məqsədlər naminə bütün demokratik dəyərlər qurban verilir.
Qərbin “demokratı” Paşinyan Suriyadan sonra Qazaxıstana da “qoşun” göndərməklə bağlı qərar qəbul edir. Və bu qoşunun məqsədi nə demokratiya prinsiplərinin qorunması, nə də qazax xalqına dəstəyin verilməsidir. Məqsəd Qazaxıstanın işğal edilməsi, beynəlxalq hüququn bütün prinsiplərinin tapdanmasıdır.
Qərb hələ də bu dəllalı demokrat hesab edir...
Asif Nərimanlı
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)






























.jpg)
.jpg)