III Dünya müharibəsinə doğru: Azərbaycan necə “təhlükəsiz ada”ya çevrilib?
Bizi izləyin

Nida Təhlil

III Dünya müharibəsinə doğru: Azərbaycan necə “təhlükəsiz ada”ya çevrilib?

Rusiyanın Ukraynaya hücumu ilə dünya III böyük müharibənin kandarına çatdı. Qərb və Rusiya cəbhəsi, yaxud Ukrayna və anti-Rusiya cəbhəsi: necə adlandırmağımızdan asılı olmayaraq, hazırda beynəlxalq münasibətlər bu iki kəskin seçim arasındadır;

ABŞ və NATO başda olmaqla Avropa coğrafiyasında anti-Rusiya cəbhəsi böyük ölçüdə formalaşıb, hərçənd, Şərqi Avropanın Ukrayna ilə, faktiki müharibə meydanı ilə sərhədində yerləşən ölkələri istər qaçqın axını, istər “yolunu azmış” hansısa raketin hədəfinə çevrilmə riski baxımından çətin vəziyyətdədir.

Rusiya rəhbərlik etdiyi bloklara – KTMT, Avrasiya İqtisadi İttifaqı və s. – üzv ölkələrlə yanaşı, digər qonşu ölkələri də öz cəbhəsində görmək istəyir, daha doğrusu, hazırki vəziyyətdə ən azı ona qarşı mövqedə dayanmalarını istəmir və belə bir şey baş verərsə, sərt cəza tətbiq edəcəyini də hər kəs bilir.

Və hər iki cəbhə öz ətraflarına daha çox iştirakçının cəlb olunmasına çalışır. Əks cəbhədə dayananlar isə “düşmən” elan edir. Rusiyanın “dost olmayan ölkələr” siyahısı bunun praktiki nümunəsidir.

Geosiyasi vəziyyət I və II dünya müharibələri dövründən seçilmir: bir-birinə qarşı dayanan bloklar, cəbhələr, ittifaqlar formalaşır; bu mürəkkkəb geosiyasi vəziyyətdə ən çətin vəziyyətə düşən milli respublikalardır, çünki böyük güclərin savaşı milli respublikaları ən azından çətin seçim qarşısında qoyur;

Dünyanın siyasi xəritəsinə baxdıqda hazırda iki mənzərə görünür:

Birincisi, ərazisi böyük güclərin mühribə poliqonuna çevrilənlər;
İkincisi, bu toqquşmlarda milli maraqlarının əleyhinə olsa belə seçim etməyə məcbur olanlar;


Əksər ölkələrin üzləşdiyi vəziyyət belədir. Lakin çox az ölkə poliqon olmaqdan və geosiyasi savaşda tərəfə çevrilməkdən xilas ola bilib. Azərbaycan dünyanın siyasi xəritəsinə hər iki mənzərədən kənarda olan və əvvəlki dünya müharibələrində “sülh adası” adlandırılan ölkədir.

“Azərbaycan buna necə nail olur” sualının hər kəsin razılaşdığı bir cavabı var: bu, Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyanın nəticəsidir.

- Milli maraqlarına uyğun siyasət həyata keçirilir;
- Hansısa cəbhədə yer almadan ölkə geosiyasi qarşıdurmada tərəfə çevrilmir;
- Bütün ölkələrlə ikitərəfli münasibətlərə üstünlük verir;


Bu gün Ukraynada yaşananlar, dünyanın müxtəlif bölgələrində baş verənlər Azərbaycan liderinin həyata keçirdiyi siyasətin ölkəmiz üçün nə qədər həyati əhəmiyyət kəsb etdiyini təsdiqləyir. Bu siyasət nəticəsində Azərbaycan xarici təhlükələrdən, müdaxilələrdən qorunur. III Dünya müharibəsinin kandarına gəldiyimiz bu günlərdə sabitlik, müstəqilliyiin və suverenliyin qorunması böyük nemətdir. Azərbaycan xalqı bunu görür və qiymətləndirir. Amma və lakin ölkə daxilində və xaricində bədxahlardan ibarət müəyyən qruplaşmalar, bəlli dairələr Azərbaycanı bu geosiyasi qarşıdurmanın mərkəzinə çevirməyə, milli siyasi xətdən imtina edərək, cəbhələşmədə iştirak etməyinə hesablanmış çağırışlar edir, bu istiqamətdə təbliğat aparırlar. Cəmiyyət olaraq bu bədxahlara cavab verməliyik, çünki onların istəyi Azərbaycanın da geosiyasi qarşıdurmanın poliqonuna çevrilməsindən, Azərbaycan xalqının da miqrant kimi öz evindən-yurdundan didərgin düşməsindən başqa bir şey deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm