Avropa
Orban “fantastik xəbər”dən DANIŞDI - “Hazırlıq tam sürətlə davam edir”
Rusiya və ABŞ arasında Budapeştdə keçiriləcək sammitə hazırlıq tam sürətlə davam edir.
Publika.az xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığından sonra sosial şəbəkədə paylaşım edib.
“Az əvvəl Prezident Donald Tramp ilə telefonla danışdım. ABŞ və Rusiya arasında sülh sammitinə hazırlıq tam sürətlə gedir. Macarıstan — sülh adasıdır!”, - Orban yazıb:
Xatırladaq ki, oktyabrın 16-da Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Tramp Budapeştdə iki prezidentin görüşünün mümkünlüyünü açıqlayıb. ABŞ Prezidenti həmçinin Yaxın Şərqdəki münaqişənin müsbət həlli Ukrayna ilə bağlı danışıqlara da faydalı təsir göstərəcəyinə inandığını bildirib.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Trampın təklif etdiyi Rusiya–ABŞ sammitinin Budapeştdə keçirilməsi ideyasını Putinin dərhal dəstəklədiyini açıqlayıb.
Macarıstanın xarici işlər naziri Peter Siyyarto isə Putin və Trampın ölkəsində görüşəcəyi xəbəri barədə “fantastik xəbər” ifadəsini işlədib.
Hüseyn İbadlı
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO



























.jpg)












