Nida Təhlil
Fransa ikinci tura gedir: Xankəndi kartı seçkidə işə yaramadı
Fransada prezident seçkilərinin “exit-poll” nəticələrinə görə, Makron 28 faizlə birinci, Le Pen 24 faiz səslə ikinci olub: heç bir namizəd 50 faizi keçə bilmədiyi üçün seçkilərin ikinci turu keçiriləcək;
Makronun reytinqinə təsir edən, həm də ilk turu ikinci tamamlayan Le Pen də daxil olmaqla radikal sağçıların geri düşməsinə səbəb olan əsas amillərdən biri Ukrayna müharibəsi – Rusiyanın Avropaya təhlükəsi oldu. Eyni səbəb ikinci turda da Makronun seçiləcəyi ehtimalını gücləndirir, xüsusilə Le Penin “prezident seçilsəm, NATO-dan çıxacağıq” sözləri bu nəticəyə təsir edə bilər.
Azərbaycanın maraqları baxımından dəyişən heç nə yoxdur. Namizədlərin hamısı erməni maraqlarına xüsusi önəm verirlər, hətta Makron digərlərinə nisbətən daha “loyal” görünür. Erik Zemmur Ermənistana, Valeri Pekress Xankəndiyə səfər etmişdi, ikinci turda yarışacaq Le Pen “miatsumu” – “Qarabağın Ermənistana birləşdirilməsi” ideyasını dəstəkləyənlərdəndir.
Seçkinin nəticələri arasında ən maraqlı detal Azərbaycana hücum edən Pekressin cəmi 5 faiz səs toplamasıdır. Xanım namizədi gizli şəkildə Xankəndiyə səfər etmək, separatçı-terrorçu rejimə dəstək vermək, seçki kampaniyasını fransızlardan daha çox ermənilərin maraqları üzərində qurmaq xilas etmədi.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?



























.jpg)
.jpg)






