Nida Təhlil
RİA-dan Bakıya qarşı separat addım: Moskva oyunu işə salır - TƏHLİL
“Ria Novosti” agentliyi Qarabağda separatçı-terrorçu rejimin qondarma “dövlət naziri” Artak Beqlaryandan müsahibə alıb.
Separatçılara Rusiya dövlət agentliyində platformanın verilməsinin Moskvanın tapşırığı olduğu bəllidir.
- Rusiya sülhməramlıları Qarabağda qeyri-müəyyən müddətə qalmalıdır;
- Avropa İttifaqı “münaqişənin” həllində iştirak etməməlidir;
Beqlaryanın irəli sürdüyü bu iki fikir Rusiyaya məxsusdur və demək istədiklərini onların da dili ilə səsləndirirlər. Məqsəd “Qarabağdakı etnik erməniləri” prosesdə de-fakto tərəf kimi legitimləşdirmək və Bakı-İrəvan danışıqlarına təsir rıçaqlarını genişləndirməkdir.
Ukrayna müharibəsi ilə beynəlxalq təcridi sürətlənən Rusiyanın Cənubi Qafqazdakı mövqelərində risklər yaranıb, xüsusilə Bakı-İrəvan münasibətlərində Brüssel masasının ağırlığı fonunda. Prosesə Ermənistan üzərindən müdaxilə imkanı olsa da, Moskvada bunun “zəif bənd” olduğunu anlayır, Paşinyanın Qərb masasında istədiyini almaq üçün Rusiyadan alternativ kart kimi istifadə etdiyini görürlər. Bunun fonunda “Ria Novosti”nin separatçılara “tərəf kimi” meydan verməsi Moskvanın niyyətini anlamağa imkan verən amildir.
Birincisi, “Rusiya sülhməramlılarının bölgədə qeyri-müəyyən müddətdə qalmasını ermənilər istəyir” mesajını verir.
İkincisi, Brüsselə “hüquqlarını qorumaq istədiyiniz etnik ermənilər Avropa İttifaqını yox, Rusiyanı istəyir” mesajı ötürülür. Beqlaryan əsas format kimi “Minsk qrupu”nun adını çəkir, halbuki, müharibədən sonra bu qrupun fəaliyyətinin sıfırlanması və Qərbdə Aİ-nin ön plana çıxmasında Rusiya da maraqlı idi; Ukrayna müharibəsindən sonra Moskva “dəfnində” özünün də iştirak etdiyi Minsk qrupu fikrini Aİ-nin qarşısını almaq məqsədilə dilləndirir.
Burada Rusiyanın əsas hədəf ünvanı Brüsselin prosesdə aktivliyində və “ikitərəfli format”ın önə çıxmasında həlledici tərəf olan Azərbaycandır. Moskva Cənubi Qafqazda 44 günlük müharibədən sonra Ukraynaya hücumdan əvvəl mövcud olan vəziyyəti qaytarmaq üçün Bakıya “separatçıların legitimləşdirilməsi” təzyiqini edir.
Bunun Əliyev-Putin danışığından sonra olması da xüsusi diqqət çəkir. İstisna deyil ki, Bakı Moskvadan üçtərəfli razılaşmaların sürətli icrasının sözdən əmələ keçməsinin vaxtının çatdığını, əks təqdirdə alternativin olduğunu izah edib. Moskva isə cavabı rəsmi informasiya resursunda separatçıları legitimləşdirmək mesajı ilə verir.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...







.jpg)























.jpg)
.jpg)

