Nida Təhlil
Qadın güləşçilərimizdən daha 2 rekord...
İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında qadın güləşi üzrə yarış başa çatıb.
Publika.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, qitə birinciliyinə böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında cəmi 6 güləşçi ilə yollanan millimiz uğurlu çıxış edib.
Belə ki, təmsilçilərimizdən 4-ü fəxri kürsüyə qalxıb. Elnurə Məmmədova (55 kq) və Birgül Soltanova (62 kq) Avropa çempionu olmaqla bu növdə gənclər arasında qitə birinciliyində 7 illik qızıl medal həsrətinə son qoyublar. Eyni zamanda, Əsmər Canqurtaran (50 kq) və Mərziyə Sadıqovanın (72 kq) bürünc medal əldə etməsi daha 2 nəticənin yaxşılaşdırılması ilə əlamətdar olub.
Belə ki, gənclər arasında 2 qızıl, 2 bürünc medal Azərbaycan qadın güləşində medalların əyarına görə yeni rekorddur. Komanda hesabında yığmamız 92 xal toplayıb ki, bu da millimiz üçün rekord nəticədir. Beləliklə, qızlardan ibarət komandamız Romada cəmi 6 güləşçi ilə təmsil olunmasına baxmayaraq, 2 rekordunu yeniləyib.
Qeyd edək ki, Azərbaycan bu növdə komanda hesabında 5-ci yeri tutub. Ölkəmiz Ukrayna (169), Türkiyə (151), Almaniya (117) və Polşadan (102) geri qalıb.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi






.jpg)




























.jpg)
.jpg)
