Nida Təhlil
Bakı Laçın yolunu bağlayır: Erməni təxribatına belə cavab veriləcək
“Ermənilərin Azərbaycan-Ermənistan cəbhə xəttindəki son təxribatları onların özünəxas “gedişlərinin” bir üslubudur. Ermənistan bununla ona işarə edir ki, 44 günlük müharibədən sonra onların ordusundakı şok vəziyyəti artıq bitib. Buna görə də təxribat xarakterli hərəkətlərin sayını artırıblar”.
Bunu Publika.az-a açıqlamasında keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov ermənilərin Kəlbəcər istiqamətindəki son təxribatlarına münasibət bildirərkən deyib.
O bildirib ki, belə hallar Ermənistanın siyasətində hər zaman mövcud olub:
“Ermənilər indiki durumda hesab edirlər ki, Kəlbəcərdə Azərbaycanın hərbi imkanları müvəqqəti də olsa məhduddur. Çünki hazırda Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərə yolu imkan vermir ki, Kəlbəcər istiqamətində geniş əlaqə və imkanlarımız olsun. Üstəlik, yeni tikilən yol da hələ hazır deyil. Ona görə də ermənilərin son təxribatları hərbi baxımdan bu məntiqə uyğundur.

Digər tərəfdən, düşünürəm ki, bu yanlış gedişdir, onlar səhv düşünürlər. Bəllidir ki, Kəlbəcərin böyük hissəsi Göyçə gölünün şərq sərhədlərinə olduqca yaxındır. Bu baxımdan, ermənilər zəifdirlər. Ermənistan ordusunun həmin istiqamətlərdə zəif nöqtələri var. Gələcəkdə baş verəcək hadisələr söhbətin nədən getdiyini göstərəcək. Amma bütün bunlar Laçın yolunun bağlanmasına hazırlıqdır. Yollar, hərəkət istiqamətləri dəyişəcək. Həmin istiqamətdə yeni qaydalar tətbiq ediləcək. Bunu hamı başa düşür. Üstəlik, Laçının bir neçə kəndi də azad olunacaq. Bir növ güc oyunları tətbiq olunur. Azərbaycanın ümumi taktiki gedişi ondan ibarətdir ki, həm siyasi təzyiq, həm də lazım olduğu halda "Dəmir yumruq" faktorundan da istifadə edilir. Artıq təcrübə də bunu göstərir. Əminəm ki, ermənilərin bu təxribatına da layiqli cavab veriləcək”.
Tural Turan
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc20 Mart 18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 20 Mart 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi












.jpg)


















.jpg)



.jpg)

