Nida Təhlil
Ekspertdən TƏKLİF: "İnsanlar sosial şəbəkədə QEYDİYYATDAN KEÇSİN"
"Bu problem cəmiyyəti ciddi şəkildə narahat edir. Baş Prokurorluğun açıqlaması daha çox hərbi sahə ilə əlaqəli idi. Son zamanlar mediadan və internetdən düzgün istifadə edə bilməmək halları çoxalıb".
Bunu Publika.az-a açıqlamasında "bayraqdar.info" saytının rəhbəri, media eksperti Azər Həsrət deyib.

Ekspert qeyd edib ki, sosial media istifadəçilərinin şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməsi bu cür halların qarşısını almaq olar:
"Saxta xəbərlərin yayılmasına və reketlik edən jurnalistlərə qarşı ciddi tədbirlər görülməlidir. Azərbaycanda ifadə azadlığı dövlət tərəfindən yüksək səviyyədə təmin olunur. Lakin bu, bir sıra insanlara imkanlar yaradıb ki, sosial şəbəkələr və mediadan sui-istifadə etsin. Bunun qarşısını almaq üçün özünüidarədən tutmuş vətəndaşların maarifləndirilməsinə qədər geniş çaplı işlərin görülməsi yerinə düşər. Müəyyən adamların sosial şəbəkələrdən istifadə edərək sosial rəyi çaşdırmaması üçün bizim bəzi təkliflərimiz olub. Bu təkliflərdən biri sosial media istifadəçilərinin şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçməsidir. Hətta qeyd olunan təklif vaxtı ilə ABŞ-da da ortaya atılmışdı. Saxta informasiyaları kimlərsə ortaya atır və təcrübəsiz insanlar bu məlumatları tirajlamaqla məşğul olurlar. Bu da cəmiyyət içində narahatlığa gətirib çıxarır. Ona görə də çıxış yollarından biri insanların sosial mediada şəxsiyyət vəsiqəsi ilə qeydiyytdan keçməsidir. Digəri isə cəmiyyətin məlumatlandırılması üçün səylərin artırlmasıdır".
Rahib Ələsgərov
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





































.jpg)


