Nida Təhlil
Daşkənd BƏYANNAMƏSİ: Zəngəzur DƏHLİZİNİN əhəmiyyəti artır - VİDEO
“Dünən Daşkənddə keçirilən Özbəkistan, Azərbaycan və Türkiyə nazirlərinin üçtərəfli görüşünün nəticələri ilə bağlı Azərbaycandakı mövcud infrastrukturlar da mühüm rol oynayır. Həm Ələt dəniz limanının, həm Bakı-Tbilisi-Qars dəmir yolunun, həm də quru nəliyyat yollarının inkişaf etdirilməsi çox vacibdir”.
Bunu Publika.az-a söyləyən iqtisadçı-ekspert Xalid Kərimli bildirdi ki, Zəngəzur dəhlizi işə düşdükdən sonra bu xətlər daha da şaxələndiriləcək və əlavə xərclər aşağı salınacaq:
“Dəhliz məsafənin qısadılması və əlavə zamanın qazanılması baxımından da böyük əhəmiyyətə malik olacaq”.
Daşkənd Bəyannaməsinin mühüm əhəmiyyətə malik olduğunu deyən müsahibimizin fikrincə, sənəddə ölkələr arasında nəqliyyat-kommunikasiya əlaqələrinin yaxşılaşdırılmasının vacibliyi diqqətə çatdırılıb:
“Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin bu ölkələrdən keçən hissəsində yükdaşımaların səmərəliliyinin və rentabelliyinin artırılması, eyni zamanda Mərkəzi Asiyadan başlayan yükdaşımaların Azərbaycan ərazisindən Türkiyəyə və Avropaya rahat şəkildə ötürülməsi kimi məsələlərin həlli də diqqətdə saxlanılıb. Post-münaqişə dövründə Azərbaycana işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa, yenidənqurma və reinteqrasiya prosesində dəstəyin göstərilməsinin vacibliyi də elan edilib”.
Xalid Kərimli yükdaşımaların həyata keçirilməsində ciddi çətinliklərin olduğunu da diqqətə çatdırdı:
“Yükdaşımalar zamanı dəmir yolu ilə yanaşı, quru və dəniz yollarından da istifadə olunur və bunlarla bağlı konkret tarif yoxdur. Məsələn, Azərbaycanda dəmir yolu ilə daşınmaların tarifləri başqadır. Quru və dəniz yolu ilə daşınmalar isə tam fərqli tariflərlə həyata keçirilir. Digər tərəfdaş ölkələrdə də eyni vəziyyət hökm sürür. Əgər ölkələr bu siyasətlərini saxlayarsa və razılaşdırılmış vahid mexanizm olmasa, xərclər daha da artacaq. Bu da yükdaşımalarda həm qarışıqlığa və əlavə bürokratik əngəllərin yaranmasına, həm də yükdaşıma ilə məşğul olan sahibkarların daha böyük problemlərlə üzləşəcəyinə səbəb olacaq”.
Rövşən Ziya
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp




























.jpg)
.jpg)





