Nida Təhlil
İsrafçılıq mentalitetimizin AYRILMAZ HİSSƏSİDİR: - Deputatdan ŞOK AÇIQLAMA
"Dünyada un və un məmulatlarının bahalaşması müşahidə olunur. Bahalaşmaya quraqlıq, müharibə, eləcə də digər amillər təsir göstərib. Ölkəmizdə isə bunun qarşısını almaq üçün vaxtında müəyyən dərəcədə hazırlıq görməliyik".
Bunu Publika.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.
Deputat qeyd edib ki, dünyadakı ərzaq böhranı ölkəmizə də təsir edir:
"Azərbaycan taxıl yığımında istədiyi nəticəni hələki əldə edə bilmir. İşğaldan azad olunan ərazilərdə minalardan təmizlənmə tam yekunlaşmadığı üçün oranın potensialından tam istifadə etmək mümkün deyil. Dövlət bu istiqamətdə müəyyən işlər görür. Ancaq dünyada gedən proseslər bir az fərqlidir. Son zamanlar yaranan böhran bizə də öz təsirini göstərib. Xüsusilə Ukraynada yaranan taxıl problemi Azərbaycana da təsirsiz ötüşmür. Dünyada davam edən bu problem bir müddət özünü göstərəcək. Biz cəmiyyəti buna hazırlamalıyıq ki, problemlərin öhdəsindən gəlmək mümkün olsun. Artıq ölkəmizdə də bahalaşma müşahidə olunur".
F.Mustafa vurğulayıb ki, israfçılıq milli mentalitetimizin ayrılmaz hissəsidir:
"Bu reallığı dəyişmək mümkün deyil. Biz, ümumiyyətlə həyatımıza faydası olmayan adətləri yaşatmaqda israr edirik. İsrafçılıq da ölkəmizin dəhşətli bir məsələsidir. Bu, tək varlının deyil, həm də kasıbın problemidir. Bir növ mentatitetimizə sirayət edib. Azərbaycanda keçirilən yas və toylara baxdıqda bunu daha yaxşı görürük. Pandemiya olduğu müddətdə bu bir qədər azaldı, ancaq vəziyyət düzəldikdən sonra əvvəlki halımıza yenidən qayıtdıq. Ona görə də israfçılıq probleminin düzələcəyi real görünmür. Bizim elmimiz, adət-ənənəmiz də insan həyatını sıxacaq vəziyyətdədir. Gələcəkdə çətinlik yarandıqda isə keçmiş günlərimiz üçün şeirlər həsr etməyə başlayacağıq. Biz tək maddiyyata deyil, zamana da israfçılıq edirik. İnsanlarımız çayxanalarda nərd və domino kimi oyunlarda saatlarını keçirir. Yəni biz hər şeydə israfçılıq edirik. Bu mərəzin düzələcəyini düşünmürəm. Gələcəkdə bunun ucbatından daha böyük problemlər yaşayacağımız istisna olunmur".
Rahib Ələsgərov
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...




































.jpg)

