Nida Təhlil
Ermənistan Ukraynadakı müharibənin nə ilə bitəcəyini gözləyir – Deputat
"Soçi görüşündə Qarabağla bağlı çox dəqiq sözləri Prezident İlham Əliyev dedi: "Qarabağ münaqişəsi artıq tarixdir". Qarşımızda Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması dayanır".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirib.
O qeyd edib ki, Azərbaycanın beş bənddən ibarət olan təklifləri var: “Əslində bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır və vasitəçilik rolu ilə çıxış etmək istəyən Avropa İttifaqı, ABŞ və Rusiya tərəfindən də qəbul edilir. Bilirsiniz ki, Soçi görüşündən sonra müvafiq üçtərəfli bəyanat da açıqlanıb. Bu da məhz Azərbaycanın mövqeyinə əsaslanan bir sənəddir. Ermənistan sülhə hazırlanmalıdır. Ermənistan sülh sazişini imzalamalıdır. Delimitasiya və demarkasiya işlərini həyata keçirməli, kommunikasiyaları açmalıdır. Əks halda Ermənistanın bir dövlət kimi mövcudluğu çox ciddi suallar doğurur. Azərbaycan bölgədə sabitliyin, sülhün yaranmasında maraqlıdır və bölgəmizi əməkdaşlıq bölgəsinə çevirmək istəyir. Bunun üçün də Ermənistanla münaqişəni bitirmək üçün sülh sazişi ilə bağlı təkliflərimizi vermişik. Bu, istənilən platformada ola bilər. Dəstək vermək istəyən varsa – söhbət Avropa İttifaqı, ABŞ və Rusiyadan gedir – biz hazırıq, təkliflərimizi də vermişik. Ermənistan bu istiqamətdə zəruri addımlarını atmalıdır”.
Asim Mollazadə “yəni top qarşı tərəfin meydanındadır” replikasına cavab olaraq deyib: “Ən azı məsuliyyət... Bilirsiniz ki, Ermənistan dəfələrlə sənədlər imzalayıb, bəyanatlar verib. Belə görüşlər keçirilib, Ermənistan “hə” deyib, sonra məsələni uzadıb. Düşünürəm ki, bunun səbəbi məsələni uzatmaqdır. Onlar gözləyirlər ki, Ukraynadakı müharibə nə ilə bitəcək və Ermənistan sahib axtarmaq üçün hansı istiqamətə qaçacaq”.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Soçidə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdə Bakı ilə İrəvan arasında münaqişənin uzun illərdir davam etdiyini bildirib. O bildirib ki, buna nə vaxtsa son qoyulmalıdır. Bəs bu fikirdə səmimiyyət payı nə qədərdir? Asim Mollazadə bu suala cavab olaraq deyib: “Bilirsiniz, siyasət səmimiyyət üzərində qurulmur. Reallıqlar üzərində qurulur. Bunun üçün də kiminsə bu prosesi pozmaq imkanı yoxdur. Hətta kimsə bölgədə yenidən münaqişəni canlandırmaq istəsə, burada uduzan tərəf yenə də Ermənistan olacaq. Yenə təkrar edirəm ki, Ermənistan öz dövlətçiliyini qorumaq istəyirsə, sürətlə Azərbaycanın təklifləri əsasında sülh sazişini imzalamağa getməlidir”.
Səxavət
-
İdman20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin120:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir
-
Dünya14:52Epşteyn Putinlə də görüşmək istəyib? - Kremldən rəsmi açıqlama
-
Sosial13:50Azərbaycanda məşhur şirkət işçisinə pul ödəmədi - 1,8 milyonluq kapitala həbs qoyuldu
-
Region12:48Pezeşkian ABŞ-la danışıqların şərtlərini açıqladı: Əraqçiyə tapşırdım ki...










.jpg)




.png)







.jpg)

.jpg)










