Nida Təhlil
“İranda türklərə tarixi keçmişdən gələn daxili nifrət var, yalnız faşist rejimində...” - Sabiq nazirin şərhi
İran adlanan ölkədə qurulmuş rejim Azərbaycana qarşı xislətini indi göstərmir ki... İndiki rejim 1925-ci ildə orada qurulan şah rejiminin davamıdır. Sadəcə sifətləri dəyişib, xarakterləri dəyişməyib.
Bunu Publika.az-a açıqlamasında keçmiş təhsil naziri, filologiya elmləri doktoru, professor Firudun Cəlilov bildirib.
O qeyd edib ki, 100 il bundan öncə İran Azərbaycan dövləti idi: “Qacarları ingilislərin əli ilə devirib Pəhləvi fars rejimini qurdular. 1979-cu ildə mollaların islam adından istifadə edərək qurduqları rejim həmişə həm quzey türklərinin, həm də İran adlanan ölkədəki türklərin əleyhinə olub. Bunun çox qədim tarixi var. Çünki ərəblər gəlib farsların Sasanilər dövlətini dağıtdılar, burada islam dinini yaydılar. Bu gün də İranda həm ərəblərə, həm də türklərə tarixi keçmişdən gələn daxili nifrət var. Çünki Sasanilər dövləti dağılandan sonra buraları bir müddət ərəblər idarə etdilər. Sonra da Orta Asiyadan gələn səlcuqlar burada türk dövləti qurdular. O dövlət ta 1925-ci ilədək türk dövləti olub. Yəni min ildən çox bu ərazidə türk imperiyaları, böyük türk dövlətləri olub. Sadəcə o dövlətlərdə sülalələr dəyişib. Səlcuqlar, Elxanlar, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar, daha sonra isə Qacarlar sülaləsi hakimiyyətdə olub. Yəni min il boyunca bu məmləkətdə türk dövlətləri mövcudluğunu sürdürüb. Demək istədiyim odur ki, bugünkü hadisələr boş yerdən yaranmayıb. Bunun bir tarixi keçmişi var. Bugünkü olayların yorumunu vermək üçün mütləq bunun səbəbini bilmək lazımdır. Çünki biz ancaq gördüyümüz hadisələri təhlil etməyə, yorum verməyə başlayırıq. Ancaq nəticədən danışırıq. Bunun səbəbini bilməliyik axı... Səbəbi də budur ki, tarix boyu bura gəlib yerləşən farslar hakimiyyəti ələ alıb türklərin əleyhinə işləyiblər. Bugünkü hadisələrin baş verməsinin nəticəsi də odur”.
Firudin Cəlilov qeyd edib ki, İranın Araz çayının qırağında təlim keçməsi, bizə əzələ nümayiş etdirməsi tarixi keçmişdən qalan münasibətin göstəricisidir: “Vəziyyət o yerə çatıb ki, Güney Azərbaycanda yaşayan türklər uşaqlarına türk adı qoya bilmirlər. Dövlət qadağan edib. Uşaqlarını öz dilində məktəbə qoya bilmirlər. Çünki yazıb-yaratmağı qadağan edib. Ancaq faşist rejimində belə münasibət ola bilər. Bunlar da qeyd etdiyim səbəblərdən ortaya çıxıb. Onun da cavabını vermək üçün əlbəttə, Quzey Azərbaycan da öz sözünü deməlidir. Ona görə də bizim dəmir yumruğumuzun gedib Araz sahilində təlim keçməsi onlara tutarlı cavabdır. Ən əsası da cənab prezidentin verdiyi mesajdır. O mesajdan sonra güneydəki soydaşlarımız daha da ruhlanıb, rejimə qarşı mübarizəni daha da genişləndirib”.
Həmsöhbətimiz bildirib ki, hazırda İranda gedən olaylar təkcə bizim soydaşlarımızla bağlı deyil: “İranda yaşayan bütün əhali – bəluclar, ərəblər, türkmənlər, kürdlər, türklər, hətta farslar da rejimə qarşı qalxıblar. Bütün əhali rejimin dəyişməsini istəyir. İranda belə olaylar az-az olub. Deyək ki, əvvəlki etirazlar milli məsələlərlə bağlı, lokal olurdu, bir xalq qalxırdı, digəri qalxmırdı. İndi bütün İran şəhərlərində itaətsizlikdir, hakimiyyətə qarşı üsyandır. İran artıq inqilaba keçmə ərəfəsindədir. Təbii ki, inqilabdan sonra da rejimin getməsi labüddür. Bu rejim gedəndən sonra orada yeni dövlət qurulacaq, o ərəfədə bizim güneylilərə həm Türkiyə, həm də Quzey Azərbaycan tərəfdən möhkəm dəstək lazımdır ki, orada qurulan dövlətin aparıcı qüvvəsi azərbaycanlılar olsun. Çünki həm tarix boyu o ərazidə – ən azı son min ildə Azərbaycan dövlətləri olub, həm də say etibarilə o məmləkətdə türklərin sayı hamıdan çoxdur”.
Səxavət Həmid
-
Dünya04:44
Rusiya HƏYƏCAN TƏBİLİ ÇALDI: Yerə 8 metrlik asteroid gəlir
-
Sosial03:13
17 yaşlı qız şəxsiyyət vəsiqəsində "oğlan" kimi qeyd olunub? - TƏFƏRRÜAT
-
Sosial02:12
Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır - VİDEO
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO