Nida Təhlil
Vilayəti səhvə yol verdi: Onlar İran tanklarını yığıb Azərbaycana gətirəcəklər - Video
xxx
"Əli Əkbər Vilayətinin yazdığı məqaləni oxumuşam. Əvvəla, Vilayəti dövlət adamıdır, yəni Xamneyinin müşaviridir. Müşavir olduğu üçün də dövlət rəsmisi sayılır".
Bunu Publika.az-a açıqlamasında Dünya Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü, qurumun Güney Azərbaycan nümayəndəliyinin rəhbəri Babək Muğanlı deyib.
Onun sözlərinə görə, Əli Əkbər Vilayətinin xarici işlər naziri olduğu vaxtlar bütün cinayətlər onun əli ilə törədilib: “Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, o məqaləyə baxdıqda, İranın Azərbaycanın qarşısında geriləməsini görmək mümkündür. Vilayəti məqalədə səhvə yol verərək yazır ki, bütün iranlılar azəridir, bütün azərilər iranlıdır və mən özüm də azəriyəm. Əgər o düz deyirsə, deməli idi ki, mən də türkəm və bütün türklər iranlıdır, bütün iranlılar da türkdür. Yəni balıq başdan iyləndiyi kimi Vilayəti də fars şovinizminin iylənmiş sözlərini ifadə etdi. Qırx milyonluq türk millətinə azəri adını yapışdırdı”.
Babək Muğanlı İranın Azərbaycana münasibətinə diqqət çəkib: “Baxın, İranın bir neçə ay ərzində sərhədimizdə iki hərbi təlim keçirməsi və digər hallara Azərbaycan göz yummadı. Azərbaycan Prezidenti bugünlərdə Bakıda keçirilən beynəlxalq konfransda onlara lazımi cavabı verdi. Cənab prezident açıq-aşkar qeyd etdi ki, biz öz həyat tərzimizi, dünyəvi inkişafımızı, Azərbaycanın və azərbaycanlıların, o cümlədən İrandakı azərbaycanlıların müdafiəsini təmin etmək üçün hər şeyi edəcəyik. Onlar bizim millətin bir parçasıdır.
Bu sözlər İranda silkələnmə, zəlzələ kimi bir effekt doğurdu. Keçən dəfə dediyim kimi Prezident İlham Əliyevin Ərdəbildə, Zəncanda, Təbrizdə fotolarının paylanması, divarlara vurulması güneylilərin Azərbaycana sevgisindən, bütövləşmə istəyindən xəbər verir. İran da bundan narahatdır. Gəlib orda bir manevrlər etdi ki, Azərbaycanı qorxutsun. Ancaq İran çox səhv düşünürdü. Vətən müharibəsindən öncə Ermənistanda yekəxanlıqla deyirdilər ki, əgər müharibə başlasa, erməni tankları Bakının küçələrində olacaq. Cənab prezidentin dediyi kimi erməni tankları Bakının küçələrinə gəlib çıxa bildi, amma hərbi parad üçün gətirdilər. İndi isə onlar Hərbi Qənimətlər Parkındadır. İran da son vaxtlar düşündü ki, sərhəddə bir hərəkət edərsə, tankları Bakıya gələ bilər. Ancaq İranda yaşayan 40 milyonluq türklər oradan İran tanklarını yığıb Azərbaycana gətirəcəklər”.
Babək Muğanlının sözlərinə görə, bütün dünya ictimaiyyəti, BMT, dövləti olmayan xalqlar bilir ki, İranda 40 milyonluq Azərbaycan xalqının ana dilində orta və ali məktəbi, dərslikləri, kütləvi informasiya vasitələri yoxdur: "Bütün hüquqları pozulub. Orada assimilyasiya gedir. Baxın, mənim bacım oğlu, qardaşım oğlu balacalıqdan gedib Tehrana, farslaşıb. Əgər fars dilini bilməsən, bura gələndə onlarla danışmaq da olmur. Bunların qarşısında İran rejimi orada başqa xalqlara münasibətdə istədiyi qəddarlığı edir. Xüsusilə də böyük xalq olaraq türk millətinə edir. Buna baxmayaraq biz İran daxilində çox normal hərəkət edirik, sivil, düzgün, mübarizə aparırıq. Kürdüstanda, Zahidanda, Sistan-Bəlucistanda isə silahlı toqquşmalar baş verir. Bizim mübarizəmiz dilimizi, məktəbimizi almağın, millət kimi istiqlaliyyətimizə qovuşmağın mübarizəsidir. İranın münasibəti nə olursa olsun, onun bizim üçün əhəmiyyəti yoxdur. Bu xalq istər-istəməz bütövləşəcək, bu xalq birləşəcək”.
Səxavət Həmid
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...