Nida Təhlil
İrandakı səfirliyimizə hücumun ŞOK HƏDƏFLƏRİ - Detallar açılır
“Azərbaycanla İran arasında gedən proseslər son dərəcə gərgindir. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra. İran dəfələrlə Azərbaycanı müxtəlif yollarla qorxutmağa çalışıb. Səfirliyə edilən hücumu bunun davamı kimi şərh etmək olarmı? Baxın, bu gərginliyin artmasını istəyən asimmetrik hərəkətə də baxmaq lazımdır. Məsələ son dərəcə həssasdır”.
Publika.az xəbər verir ki, bu sözləri terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar CNN Türk-ün canlı yayımında deyib.
“Nə olursa olsun, bu diplomatik müdafiə məsələsi İranın üzərindədir, ancaq qorumaq mümkün olmadı. Bu, təkcə beynəlxalq öhdəlik deyil, həm də əxlaqi qaydadır. Hazırda qarşımızda əsas sual var: İran Azərbaycanın səfirliyini niyə qorumadı? Həyatını itirən var, yaralı var. İranın açıqlamalı olduğu son dərəcə mühüm bəyanatlar var. Bu, beynəlxalq inamsızlığa səbəb olur. Xüsusilə, işin arxasında İran hökuməti və ya onunla əlaqəli biri çıxarsa, məsələ çox fərqli yerə gedəcək. Tehran xüsusilə də son vaxtlar Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir, mesajlar verir”, - Ağar qeyd edib.
Ağar hesab edir ki, hücumun arxasında gərginliyin artmasını istəyən başqa qüvvələr də ola bilər: “Bir diplomatik missiyaya hücum hər zaman böyük olaydır. Hücumun arxasında İran-Azərbaycan əlaqələrini pozmağa, gərginliyi artırmağa çalışan qüvvələr, üçüncü dövlət də ola bilər”.
Ekspert bildirib ki, “Azərbaycanımızın yanında olmaq bizim və Azərbaycan üçün son dərəcə vacibdir. Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Əbdül Fəttah əs-Sisi bu gün Azərbaycanda səfərdədir. Misir əleyhdarları bütün dünyada fəaliyyət göstərir. Hücum onunla bağlı ola bilərmi? Bütün məsələlər sorğulanmalıdır. Azərbaycanla İran arasında münasibətlər artıq son dərəcə gərgindir. Bu işin arxasında nə dayanır? Bizə ürəkləri, ağlı qane edəcək cavab lazımdır. Çünki səfirliyə hücum professional işdir, əsgər işidir. Arxasında güclü qüvvələrin dayandığı və İranda fəaliyyət göstərən terror təşkilatı da bu hücumu törədə bilər. Məsələn, YPG, PKK kimi”.
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir.
Akqabay Mıradov
-
İdman23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO
-
Sağlamlıq20:25
Restoranların təklif etdiyi ucuz setlər təhlükə saçır?