Xameneyi: “dini lider”, yoxsa şiə dünyasını qana boyayan İblis?!
Bizi izləyin

Nida Təhlil

Xameneyi: “dini lider”, yoxsa şiə dünyasını qana boyayan İblis?!

“Əliniz gənclərimizin qanına batıb”. İranda etirazçıların Xameneyiyə qarşı səsləndirdiyi bu şüarı bir müddət öncə gənc hakerlər tərəfindən fərqli formada gündəmə gətirildi: İran dövlət televiziyasının efirini ələ keçirən gənclər Xameneyinin “gənclərimizin qanı əlinizdədir” sözləri yazılan fotosunu birbaşa efirdə yayımladılar;

40 ildir molla rejiminin zülmünü çəkən insanlar artıq dilə gəlir və Xameneyinin birbaşa üzünə deyirlər: “Sən qatilsən”.

Eyni sözü təkcə İrandakı əhali yox, bütün şiə dünyası, bütün Yaxın Şərq coğrafiyası da deyə bilər. Çünki özünü şiələrin “lideri” kimi sırıyan Əli Xameneyiyə “dini lider” yox, əslində əli şiələrin qanına batan qatil deyilsə, daha doğru olar.

Əhalinin böyük əksəriyyəti şiə olan Azərbaycan Birinci və İkinci Qarabağ müharibəsində bunun canlı şahidi oldu.

Birinci Qarabağ müharibəsində işğalçı Ermənistana silah göndərilməsi tapşırığını verən Xameneyi torpaqlarımızın işğalda olduğu 30 il müddətində gerçək simasını gizlətməyə çalışsa da, İkinci Qarabağ müharibəsində Azərbaycanın torpaqlarını azad etməsi, böyük Zəfər qazanması ilə onun maskası da düşdü.

- 44 günlük müharibədə Xameneyi əsgərlərini Arazın bu tayına göndərərək, ordumuzun qarşısını kəsməyə çalışdılar;
- İşğalçı Ermənistana kəşfiyyat məlumatları ötürməklə daha çox şəhid verməyimizə şərait yaratdılar;
- Ötən ilin sentyabrında Ermənistanın sərhəddə törətdiyi təxribatlar nəticəsində baş verən döyüşlərdə də İran Azərbaycan ordusunun daha çox itki verməsi, məğlub olması üçün İrəvana əlindən gələn dəstəyi verib: bunu Ermənistanın xarici işlər nazirinin müavini Vahan Konstanyan “Al-Monitor” nəşrinə müsahibəsində etiraf etdi;

Azərbaycana və şiə məzhəbinə mənsub azərbaycanlılara qarşı bu xainliyin başında Xameneyi dayanır. Və Xameneyi Zəngəzur dəhlizi haqda danışarkən, Ermənistan sərhədlərini “qırmızı xətt” elan edərkən, Zəngəzuru “min illik erməni torpağı” adlandırarkən öz dili ilə etiraf etmiş oldu.

Xameneyinin şeytan haqda bir moizəsi var. Bildirir ki, “şeytan çoxmənalıdır, bütün şeytanların başında isə İblis dayanır”. İran rejiminin 40 ildir həyata keçirdiyi siyasəti, şiə dünyası üzərində dini alət edərək qurduğu məkrli planları və Yaxın Şərq coğrafiyasını qan gölünə çevirmələri faktı fonunda real mənzərə ortaya çıxır: Xameneyi İblis, qanlı əllərini bu coğrafiyaya uzadan molla rejimi isə şeytandır.

Və sual yaranır: Xameneyi “dini lider”dir, yoxsa, şiə dünyasını qana bulayan İblis?

İran rejiminin Azərbaycan şiələrinə qarşı erməni terrorunu dəstəkləməsi, əslində bu sualın cavabını verir. Lakin Xameneyinin qanlı əməlləri bütün şiə dünyasını əhatə edir. Bu gün İraqda, Yəməndə, Suriyada – şiələrin yaşadığı bütün ölkələrdə vətəndaş müharibəsindən tutmuş terror aktlarına qədər baş verən bütün qanlı hadisələrin arxasında İran rejimi və bu rejimin başında dayanan Xameneyi dayanır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm