Nida Təhlil
Bakının Tehrandan tələbi: Səfirlik teraktının sifarişçilərini ver
Azərbaycan İrandan Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktında təkcə “maşanın” yox, “maşanı tutan əlin” də cəzalandırılmasını tələb edir. Prezident İlham Əliyev Münxendə telekanallara müsahibəsində bunu açıq şəkildə bəyan etdi və bildirdi ki, yalnız bundan sonra münasibətlərin normallaşmasından danışa bilərik.
“Bu terror hadisəsindən sonra terrorçunun İran mediasına müsahibə verməsi faktı onun İran istablişmentinin bəzi qolları tərəfindən göndərilənlərdən biri olduğunu göstərir. Digər qəribə məsələ o idi ki, iki gündən sonra o, əqli çatışmazlığı olan insan kimi elan edildi. Bu ekspertizanı onlar dərhal necə keçirə bildilər? Bu, onu ədalət mühakiməsindən yayındırmaq üçün atılmış bir addım idi. Buna görə İran hökuməti şəffaf istintaq aparmalıdır, bizə bu barədə məlumat verilməlidir, terrorçu cəzalandırılmalıdır. Lakin ən vacibi odur ki, terrorçunu göndərənlər, Azərbaycana qarşı bu qəddar aktı törətmiş İran istablişmentinin nümayəndələri ədalət mühakiməsi qarşısına çıxarılmalıdır. Yalnız bundan sonra biz münasibətlərin hər hansı normallaşması haqqında danışa bilərik”- Prezident vurğulayıb.
Terror aktı baş verəndə də yazmışdıq: hücumun arxasında Azərbaycanla gərginliyin davam etməsində maraqlı olan SEPAH-ın dayandığı ehtimalı böyükdür və hədəfin Ankaranın vasitəçiliyi ilə Bakı-Tehran xəttində təmasların qurulmasını baltalamaq olduğu görünür;
Rəsmi Bakı bundan xəbərdardır və Əliyev də Tehrana “terror aktının sifarişçilərinin kim olduğunu bilirik” mesajını verir.
Azərbaycan münasibətlərin normallaşması üçün haqlı olaraq, “maşanı tutan əlin” də cəzalandırılmasını tələb edir. Çünki terakt, İran rejiminin iddia etdiyi kimi “məişət hadisəsi” qədər bəsit deyil və Tehran əlaqələrin bərpasını istəyirsə, öz içindəki sabotajçıları neytrallaşdırmalıdır. Hərçənd, terrorçudan müsahibə alan və mühakimə etməmək üçün xəstəxanaya yerləşdirən İran rejiminin bunu edəcəyi gözləntisi azdır. Bu da Bakı-Tehran xəttində gərginliyin uzun müddət davam edə biləcəyindən xəbər verir.
Asif Nərimanlı
-
Rəsmi xronika13:13İlham Əliyev fərman imzaladı
-
İdman12:54Ronaldonun Corcinası planetin ən nüfuzlu iki modelindən biridir - FOTOFAKT
-
Nida Xəbər 12:08Bakının təhvil verdiyi ermənini İstintaq Komitəsinə apardılar: Dindirirlər
-
Dünya12:02Moskvada Britaniya kəşfiyyatçısı ifşa edildi: Görün harada işləyirmiş
-
Dünya10:54ABŞ göstəriş verdi: Təyyarədaşıyan gəmi bu bölgəyə gəldi
-
Elm və təhsil10:12VACİB AÇIQLAMA: Bu halda məktəblərdə...
-
MDB09:18“Ən varlı deputat” həbs edildi: Bu qədər pul mənimsəyib
-
Magazin108:10Tacirin oğlunu evləndirməzdən əvvəl etdiyi hərəkət gündəm oldu - Qadağan imiş…











.jpg)























