Dünya
ABŞ göstəriş verdi: Təyyarədaşıyan gəmi bu bölgəyə gəldi
ABŞ "USS Abraham Lincoln" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi təyyarədaşıyan zərbə qrupunu Cənubi Çin dənizindən Yaxın Şərqi əhatə edən ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına köçürür.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın "NewsNation" nəşri mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, Donald Tramp administrasiyası ilə İran rejimi arasında artan gərginlik fonunda bu addım atılıb. Mənbə qeyd edib ki, missiya bir neçə digər döyüş gəmisi və ən azı bir hücum sualtı qayığını da əhatə edən "Abraham Lincoln" təyyarədaşıyan gəmisinin zərbə qrupunun bir hissəsidir. Onların yerləşdirilməsinin təxminən bir həftə davam edəcəyi gözlənilir.
ABŞ Mərkəzi Komandanlığının məsuliyyət sahəsinə Şimal-Şərqi Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiya daxildir. Misir, İraq, Əfqanıstan, İran və Pakistan da daxil olmaqla 21 ölkəni əhatə edir.
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
































