Nida Təhlil
Bakı Xaçaturyanı və 3 ermənini İrəvana niyə təhvil verdi? - DETALLAR
Azərbaycanın Ermənistana 4 ermənini təhvil verməsi, xüsusilə Meşəli qətliamında iştirak etməkdə ittiham olunan Vaqif Xaçaturyanın qaytarılması müzakirələrə səbəb oldu. Birinci Qarabağ müharibəsində yaşananlar fonunda cəmiyyətin narazılığı anlaşılandır. Lakin bu addımın məntiqi səbəbi olmalıdır.
Xaçaturyanın qaytarılmasında bir məntiq ola bilər: xəstəliyinin ağır olması və ölüm riski;
70 yaşlı cinayətkarın həbsxanada ölməsi beynəlxalq diqqəti Bakıda həbsdə olan ermənilərin üzərinə yönəldə və erməni diasporu/lobbisinin uzun müddətdir nəticə əldə edə bilmədiyi “məhbus kampaniyası”na yeni əsas yarada bilərdi. Bu kampaniya qarşısında indiyə qədər geri çəkilməyən Bakının yanaşması bundan sonra da dəyişməyəcək. Hərçənd, Xaçaturyanın xəstəliyi ölümlə nəticələnəcəyi təqdirdə, yeni vüsət alacaq “məhbus kampaniyası” sülh prosesini koordinasiya edən Vaşinqtonun da prosesə diqqət ayırmasına səbəb ola və nəzərləri xunta rejiminin “rəhbərlərinə” – Araik Arutyunyan, Ruben Vardanyan və digərlərinə yönəldə bilərdi. İstisna deyil ki, Xaçaturyanın təhvil verilməsində hadisələrin bu istiqamətində inkişaf riskləri nəzərə alınıb.
4 erməninin indi təhvil verilməsi isə iki kontekstdə dəyərləndirilə bilər.
Birincisi, Ermənistan daxilində Paşinyanın mövqelərini gücləndirməkdir. 4 ermənini İrəvana qaytarması Paşinyana revanşizmi dəstəkləyən kilsəyə qarşı mübarizədə üstünlük qazandırır və cəmiyyətə sülhün nəticələrini təqdim etmək imkanı yaradır.
İkincisi, Bakı-İrəvan xəttində sülh prosesinin praktiki müstəvidə icrasını davam etdirməkdir. Ermənilərin ABŞ və Ermənistan arasında TRİPP layihəsinin (Zəngəzur dəhlizi) icrası ilə bağlı birgə bəyanatın qəbul edilməsi fonunda qaytarılması diqqət çəkir.
4 erməninin İrəvana təhvil verilməsinin başqa məntiqi görünmür. Bütün təzyiqlərə rəğmən ərazi bütövlüyü və suverenliyini bərpa edən, cinayətkarları Bakıda məhkəmə qarşısına çıxaran Azərbaycan dövlətinin Xaçaturyanı “geri çəkildiyi” üçün təhvil vermədiyi bəllidir.
Asif Nərimanlı
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)






























.jpg)
.jpg)