Pensiyalar üçün əlavə 520 milyon manat vəsait ayrıldı
Bizi izləyin

Sosial

Pensiyalar üçün əlavə 520 milyon manat vəsait ayrıldı

Azərbaycanda əmək pensiyalarının illik indeksləşdirilməsi (8,1 %) ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsindən əlavə 520 milyon manat vəsait ayrılıb.

Publika.az Report-a istinadla xəbər verir ki, bunu DSMF-nin sədri Zəka Mirzəyev Dövlət Sosial Müdafiə Fondunun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2025-ci il yanvarın 1-dən minimum aylıq əməkhaqqı 16 % artırılaraq 400 manata çatdırılıb: "Eyni zamanda, 2025-ci il fevralın 1-dən minimum pensiya 14,3 % artırılaraq 320 manat müəyyən edilib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm