Nida Təhlil
Bakı bu addımı atmalıdır, sülhməramlılar qarışa bilməz... - Sabiq nazir detalları açıqladı
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyi, əsas və yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürüb.
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Publika.az-a açıqlamasında bildirib ki, ermənilərin qanunsuz daşımalarına son qoymaq üçün Laçın yolunun Ermənistanla sərhəddə başlayan hissəsində nəzarət-keçid məntəqəsinin qurulmasına ehtiyac var.
“Ermənistan sərhədində nəzarət-keçid məntəqəsinin yaradılması ilə bağlı addım atılmalıdır. Rusiya sülhməramlı kontingentinin Qarabağda yerləşdirilməsinin əsas məqsədi bölgədə təhlükəsizliyi təmin etməkdir. Təhlükəsizliyin təmin edilməsi isə heç də hansısa dövlətin sərhəd funksiyalarının icra olunması demək deyil. Dünyada bir neçə yerdə sülhməramlı əməliyyatlar keçirilib. Amma həmin sülhməramlılar sərhəd funksiyaları həyata keçirməyiblər”.

Sabiq nazir hesab edir ki, Azərbaycan tərəfi sərhəddə nəzarət-keçid məntəqəsinin yaradılmasına doğru daha bir addım atıb:
“Digər yerlərdə olduğu kimi həmin yerdə də nəzarət-keçid məntəqəsi olmalıdır. Orada yerləşən dövlət qurumları sərhəd funksiyasını tam şəkildə həyata keçirməlidirlər. Müvəqqəti olaraq bizim öhdəliklərimiz var, onlar 10 noyabr üçtərəfli bəyanatda öz əksini tapıb. Sülhməramlılar bölgədə yalnız təhlükəsizliyi təmin etmək funksiyasını yerinə yetirə bilərlər. Amma giriş-çıxışın təmin olunmasını, iqtisadi mühitin və maraqların qorunmasını, bütün zəruri xidmətləri və s. Azərbaycanın müvafiq qurumları həyata keçirməlidir. İstisna etmirəm ki, müvəqqəti olaraq çıxış prosedurları çox sadə olacaq. Çünki indi orada yaşayan ermənilər arasında müxtəlif fikirlər mövcuddur. Bəziləri hələ də qalıb-qalamamaq barədə fikirləşir, bəziləri isə artıq getməklə bağlı qərar qəbul ediblər. Bu baxımdan çıxış üçün daha sərbəst imkanlar yaradılmalıdır. Yəni kim istəsə, gedə bilər”.
Akqabay Mıradov
-
ABŞ09:41Tramp Ağ Evdən gedəcəyi tarixi açıqladı: 8-9 ildən sonra...
-
Dünya08:49Fişəng fabrikində dəhşətli partlayış - 21 nəfər öldü
-
Hadisə07:55Gəncədəki yanğın tam söndürüldü - Video/Yeniləndi
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı






























.png)


.jpg)



