Nida Təhlil
Vaşinqton görüşünün nəticəsi: Bakı və İrəvan hansı maddələrdə toqquşur?
Dörd gündür davam edən Vaşinqton danışıqlarının yekunu: tərəflər
“sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə razılaşıb; bəzi əsas məsələlər üzrə mövqelər fərqli olaraq qalır;
Hansı maddələr üzrə razılaşma olduğu açıqlanmır: bunun dialoqun davam etdirilməsi olduğu istisna deyil, Blinkenin “yekun razılaşma tarixi olacaq” açıqlaması da bunu deməyə əsas verir;
Razılaşdırılmayan maddələr də gizli saxlanılır, hərçənd, bunun nələr olduğunu təxmin etmək çətin deyil:
1. Qarabağdakı ermənilərin “hüquq və təhlükəsizliyinin qorunması”: Bakı erməni əhalisi ilə təmaslar məsələsinin sülh sazişinə daxil edilməsinə iczə vermir, bu mövqe ABŞ-da da qəbul olunur; İrəvan bunun əksini istəyir;
2. İrəvan “Bakı-Xankəndi” formatı kimi qondarma təklif irəli sürür və bununla separatçıları “tərəfə” çevirmək, yaxud ən azı erməni əhalisinin “təmsilçisi” kimi qəbul etdirmək niyyətindədir;
3. Sərhədin delimitasiyasının hansı xətlər üzrə aparılması, xüsusilə işğal altındakı 8 kəndlə bağlı fikir ayrılığı var: Ermənistan bu kəndləri qaytarmaq istəmir;
Vaşinqtonda danışıqların yekunlaşdığı vaxt Paşinyanın Praqada verdiyi açıqlamalar da fikir ayrılığının bu məqamlardan ibarət olduğu fikrini önə çıxarır.
Blinken danışıqları “ciddi irəliləyiş” adlandırıb, hərçənd, Ermənistanın mövqeyi faktiki olaraq prosesləri dalana dirəyir. Moskvada keçiriləcək növbəti raundda da nəticə əldə ediləcəyi ehtimalı azdır.
Asif Nərimanlı
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular






.jpg)






























.jpg)
.jpg)