Nida Təhlil
Azərbaycan Ermənistanın təxribatına belə cavab verəcək: Türk general açıqladı
“Ermənistan proksi-savaş dövlətidir və birmənalı şəkildə sülh istəmir. Ermənistan hüzur, aramlıq, sabitlik istəmir. Sadəcə özünü elə qələmə verir ki, güya sülh prossesini istəyir. Belə olduqda isə öz dövləti, öz xalqı ola bilmir.
Ermənistanın 200 ildir funksiyası ondan ibarətdir ki, regionda qan, gözyaşı, hüzursuzluq, qeyri-sabitlik törədir. Dolayısı ilə Ermənistanın “dayday”ları onların qulaqlarına üfürərək pıçıldayır ki, “sülh bəyannəməsi imzalamadan buranı idarə et. Bölgədə sabitliyi poz gözyaşı olsun”.
Bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz bildirib.

Y. Karauz bildirib ki, Azərbaycan törədilmiş bu silahlı təxribata qarşı mütləq hərbi müstəvidə cavab verməlidir.
“Ermənistan tərəfi Vaşinqtona gedir daha sonra isə başqaları ona deyir ki, qətiyyən sülh imzalama geri qayıt. Bir müddət sonra isə terror aktını şahidi oluruq. Brüsselə getdikdə isə bundan narahat olan “qardaşlar”ı bildirir ki, bunu Brüssel vasitəsilə etmə. Bildiyimiz kimi yaxın günlərdə Brüssel və Moskvada görüşlərin keçirilməsi nəzərdə tutulur. Lakin Ermənistan adəti üzrə düşünür ki, zamana uyğunlaşaraq keçmişdə qazandıqlarımı yenidən əldə edə bilərəm? Yenidən Qafqazın “ərköyün” uşağı ola bilərəm?
Düşmən tərəfi bu fikirlərlə Azərbaycana, Azərbaycan xalqına qarşı, terror hadisələri törətməkdə davam edirlər. Bunların hamısı yalnız bir məqsədə xidmət edir: o da vaxt qazanmaq. Onlar tamamilə pis niyyətlidirlər, öz dövlət ağıllarının xaricində başqalarının aşıladığı, beyinlərinə yeritdiyi ağılı üzərinə götürmək, əməl etmək niyyətindədirlər. Təbii ki, sülh prossesinə uzanan yolda atəşkəs razılaşmasından təxminən 33-34 ay keçib. Sözsüz ki, Azərbaycanın da səbrinin bir sərhədi var.
İndi Azərbaycan üçün zərurət hərbi müstəvidə qarşılıq verməkdir. Yaxın müddətdə mütləq bu təxribata qarşı ağır zərbə endiriləcək, "Dəmir Yumruq" bir daha onların başlarını əzəcək”, - deyə general yekunlaşdırıb.
Qeyd edək ki, mayın 11-i səhər saatlarından etibarən Ermənistan silahlı qüvvələri vəziyyəti daha da gərginləşdirərək Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini minaatanlardan atəşə tutur.
Müdafiə Nazirliyindən bildirilib ki, qarşı tərəfin hədəfli atəşi nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Mahmudlu Müslüm Vidadi oğlu başından ağır yaralanıb.
Ayşən Rəhim
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO




































.jpg)


