Nida Təhlil
ABŞ-ın sülh sazişi təklifinin detalları: Bakıya nə sərf etmir?
ABŞ Azərbaycan və Ermənistana ən mübahisəli məsələlərin həlli ilə bağlı təkliflər verib. Dövlət katibinin köməkçisi Derek Hoqanın açıqlaması bu təkliflərin sərhəd və Qarabağla bağlı olduğunu göstərir. Və Vaşinqtonun yanaşmasını Bakının maraqları fonunda mənfi və müsbət olaraq dəyərləndirmək olar.
Birincisi, sərhədlə bağlıdır: ABŞ qoşunların sərhəddən qarşılıqlı olaraq geri çəkilməsini təklif edir; İrəvanın istədiyi “güzgü prinsipi”nə uyğn olan belə bir addım Azərbaycan ordusunun müharibədən sonra çıxdığı dövlət sərhədindən geri çəkilməsi deməkdir və Bakının gündəliyinə uyğun deyil;
İkincisi, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsidir: bu, Bakının gündəliyinə uyğundur və ABŞ-ın bundan “etnik ermənilər” deyə bəhs etməsi onların hüquqlarının Azərbaycan vətəndaşlığı altında qorunmasının nəzərdə tutulduğu deməkdir; hərçənd, Vaşinqtonun ermənilərin hüquq və təhlükəsizliyinin qorunmasında təklifinin konkret nədən ibarət olduğu açıqlanmır, istisna deyil ki, söhbət
“beynəlxalq mexanizm”in yaradılmasından gedir; Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında belə bir öhdəlik götürür, amma bunun indi – separatçıların Qarabağda olduğu müddətdə gündəmə gəlməsi maraqlarımıza uyğun deyil, digər tərəfdən, rus sülhməramlılarının bölgədə olduğu halda təklif olunan “beynəlxalq mexanizm”də Moskvanın iştirak edib-etməməsinin sual altında olması da razılaşmaların praktiki mərhələdə icrası imkanlarını azaldır;
Bu iki məsələ tərəflər arasında mübahisəli olaraq qalır və danışıqlar prosesi göstərir ki, hər iki tərəf öz maraqlarının təmin edilməsi baxımından daha uyğun şərtlərin yetişməsinə qədər oyunu davam etdirirlər. Bu isə sülh sazişinin imzalanacağı gözləntisini azaldır.
ABŞ-ın yanaşmasında Azərbaycan üçün müsbət məqamlardan biri Laçın postu ilə bağlıdır. Ermənistan postun götürülməsini gündəmə gətirsə də, Vaşinqton Laçın yolunun kommersiya və şəxsi nəqliyyata açıq olmasını istəyir. Bu, postun ləğv edilməsi yox, müəyyən şəraitin yaradılması istəyidir ki, Bakı gömrük qaydaları çərçivəsində bunu təmin edir.
Asif Nərimanlı
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


