Nida Təhlil
Ukraynanın əks-hücumu Qarabağa necə təsir edəcək?
Ukraynanın gözlənilən əks-hücum əməliyyatı başlayıb.
Qərb mediasında (misal üçün Forbes, Bild və s.) Ukrayna ordusunun ilkin mərhələdə istənilən uğuru əldə edə bilmədiyi iddiaları irəli sürülür, əgər bu doğrudursa, normal hesab edilə bilər, çünki onlar rusların möhkəmlənmiş müdafiə xəttinə qarşı vuruşurlar. Ümumiyyətlə Ukrayna müharibəsinin hərbi nəticələri ilə bağlı qeyri-müəyyənlik əvvəldən olub, hər iki tərəf öz mövqeyinə uyğun informasiya tirajlayır, Qərb mediası da bu məsələdə iki hissəyə bölünüb. Bu baxımdan, nəzərəçarpacaq nəticə olmadığı müddətdə yayılan informasiyalara inam azdır.
Əks-hücumun nəticəsindən çox şey asılıdır: Qərbin Kiyevə dəstəyinin davam etdirilməsi, mümkünlüyü sual altında olsa da, qurulacaq danışıqlar masasında tərəflərin mövqeləri arasındakı balans, o cümlədən, təkcə Ukraynanın yox, bütöv regionun da taleyi;
Uzunmüddətli və ağır döyüşlər olacağı məlumdur. Və Ukrayna cəbhəsində baş verənlər Qarabağdakı proseslərin inkişafına da təsir edən amildir. Çünki Rusiya Ukraynada müharibəyə başladıqdan sonra Azərbaycan Qarabağ iqtisadi rayonunda irəliləyişlərə nail oldu. Əks-hücum əməliyyatının başlanması bu kontekstdə bizim üçün yeni imkanlar açır və istisna deyil ki, Ukrayna cəbhəsində döyüşlər şiddətləndikcə, rəsmi Bakı Qarabağdakı mövqelərini də irəlilədə bilər.
Asif Nərimanlı
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi






.jpg)




























.jpg)
.jpg)
