Nida Təhlil
İlham Əliyev Bakıda İranın xarici işlər nazirinə nələr dedi?
İran xarici işlər naziri Hüseyn Abdullahianın Bakıya səfəri Qoşulmama Hərəkatının iclası ilə bağlı olsa da, əsasən Bakı-Tehran xəttindəki münasibətlər fonunda diqqət çəkir. Və bu səfər "münasibətlərin normallaşması üçün başlanğıc ola bilərmi" sualını yaradır.
Gözlənti azdır, çünki nə Bakının istək-tələbi dəyişib, nə də İran rejiminin regional siyasətində korrektlər nəzərə çarpmır.
Prezident İlham Əliyev Abdullahianı qəbul edərkən, vurğuladığı iki məsələ də bu fikri gücləndirir:
1. Tehranda səfirliyimizə qarşı törədilən terror aktında müqəssir olan şəxslərin cəzalandırılması: Əliyevin bunu cəm şəkilində qeyd etməsi terror aktının İran rejimi daxilindəki qüvvələr tərəfidən sifariş edildiyi və onların cəzalandırılması tələbinin davam etdiyini göstərir;
2. Zəngəzur dəhlizi: rəsmi məlumatda “Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrasının inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldığı” qeyd olunur; bəllidir ki, Prezident Zəngəzur dəhlizi ilə bağlı Bakının mövqeyini yenidən dilə gətirib və İranın buna qarşı çıxması üzərində müzakirə aparılıb;
Hər iki məsələ İran tərəfindən qəbul edilmir, səfirliyimizə qarşı terror aktının arxasında dayanan səbəblərin arasında Zəngəzur dəhlizi layihəsinin olduğu da sirr deyil. Abdullahianın terror aktının “ciddi şəkildə” araşdırıldığı və Tehranda səfirliyimizin fəaliyyətinin tezliklə bərpa olunacağına ümidvar olduğu haqda dedikləri isə sadəcə diplomatik dildir, reallıqda İran nəinki səfiriliyimizə qarşı terror aktını araşdırmır, hətta terror aktını törədən şəxsi belə xəstəlik bəhanəsi ilə istintaqdan yayındırıb.
Bu baxımdan, Abdullahianın Bakı səfərinin və Prezidentin qəbulunda dediklərinin münasibətlərin normallaşmasının başlanğıcı olacağı inandırıcı görünmür. Bakı-Tehran xəttində “müvəqqəti atəşkəsə” bənzəyən mövcud vəziyyətin davam edəcəyi ehtimalı daha çoxdur.
Asif Nərimanlı
-
Region11:57Türkiyə Ermənistanla sərhədləri açır? - İrəvanda əmindirlər ki...
-
Dünya10:36İngilis professor "üçlü güc formatı"ndan danışdı: Türkiyə artıq NATO-ya sığmır
-
Maraq dünyası10:12Aya gedən astronavtdan UFO-larla bağlı ŞOK İDDİA: Şeytanın göndərdiyi ruh...
-
Sağlamlıq09:00İnsan 500 il yaşaya bilərmi? - Alimdən təəccübləndirən açıqlama
-
Ekologiya08:43Bakını toz bürüdü, nazirlik xəbərdarlıq etdi
-
ABŞ08:24İrana hücum planı mediaya sızdı: Tramp məlumatı yayanların güllələnməsini təklif etdi
-
Magazin207:55Məşhur aktyordan özündən 16 yaş kiçik qadınla eşq iddiasına sərt reaksiya
-
Nəqliyyat06:16150 manat cərimə oluna bilərsiz - Sürücülərin diqqətinə!






































