Nida Təhlil
Polşanın “Ara həkimi”, Putinin ara söhbətləri: Və ya ermənilərlə polyakların fərqi
Prezident Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının iyulun 21-də keçirilən iclasında deyib ki, Polşa Ukrayna ərazisini işğal etmək istəyir. "Polşa liderlərinə gəlincə, onlar ehtimalən düşünürlər ki, “NATO çətirinin” altında hansısa koalisiya düzəldib Ukraynadakı münaqişəyə birbaşa müdaxilə edəcək və “yağlı tikə” – özlərinin tarixi ərazisi saydıqları Qərbi Ukraynanı qoparacaqlar” , - Putin deyib. Daha sonra iddia edib ki, indiki Polşanın qərb əraziləri Stalinin polyaklara hədiyyəsidir: “Bəlkə bizim Varşavadakı dostlarımız bunu unudublar? Yadlarına salarıq”.
Məlumatlara görə, Polşa Belarusla sərhəddə qoşun cəmləşdirir və əraziyə tanklar göndərib. Polşa Müdafiə Nazirliyi bu hərəkəti Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin Belarus ordusu ilə birgə təlimlərinin yaratdığı risklə izah edib. Rusiya muzdluları hazırda Belarusun Mogilyov vilayətində yerləşdirilib. Putin Sergey Narışkininin rəhbərlik etdiyi Xarici Kəşfiyyat Xidmətinə və digər analoji qurumlara hadisələri xüsusi diqqətdə saxlamaq haqda göstəriş verib.
Biz nə ilə qarşı qarşıyayıq? Yenəmi Ukrayna ilə müharibə üçün ortaya atılan bəhanələrin oxşarlarından istifadə edilir? Krılovun təmsil qəhrəmanının” sənin günahın ondadır ki, mən səni yemək istəyirəm” məntiqi işə düşüb?
Polyaklar öz vətənlərini indiki Çexiya və Solvakiya ilə bərabər slavyan mədəniyyətinin beşiyi, ilk slavyan dövlətçiliyinin, ilk slavyan dilinin vətəni sayırlar. Polyaklar şərqi slavyan torpaqlarını da o tarixi vətənin davamı hesab edirlər. Romanovlara qədərki tarixdə yalnız Reçpospolita vasitəsilə indiki Ukrayna və Belarusiyanın çox hissəsinə nəzarət etməklə kifayətlənməyiblər, Moskoviya (Rusiya) taxtı uğrunda da əsas mübarizə aparan tərəf idilər. Romanovlar sülaləsinin belə polyakəsilli olmaları haqda ehtimallar var.
Pilsudskinin prometeyizm, “dənizdən dənizə ittifaq” ideyası baş tutardısa, Rusiya dağılandan sonra Reçpospolita sadəcə bərpa olunmayacaqdı, üzü Xəzərə doğru başqa adla genişlənəcəkdi.
İlk rus bəstəkarları, yazıçıları, şairləri, generalları, alimləri sırasında polyak əsillilər yüzlərcədir (Qlinka, Çaykovski, Qriboyedov, Qoqol və b.). Onları tarixdən silsəniz, Rusiya mədəniyyətsiz, ədəbiyyatsız, dövlətsiz qalardı.
Rus mətbəxinə aid bildiyimiz təamlar, hətta “vodka” belə polyak mənşəlidir. 18-ci əsrdən sonra – Avstriya Macarıstan, Prussiya və qüdrətlənmiş Rusiya arasında qalan polyaklar üçün dilemma almanlarla ruslara qarşı, yoxsa ruslarla almanlara qarşı çıxmaq idi. Odur ki, XVIII əsrdən etibarən sarmat nəzəriyyəsinə (polyakların Asiya-İran mənşəli olması, sonradan slavyanlaşması haqda nəzəriyyə) sarılmışdılar. Qəribədir ki, ruslar Polşanın yalnız imperiya olmaq şansını deyil, bu xilas nəzəriyyəsini də mənimsəyiblər. 2000-ci illərdən bəri sarmat- skiflərin “rus oğlu rus olması” haqda onlarca kvazi elmi kitablar yazılıb, bədii və tarixi filmlər çəkilib.
Putin bir məsələdə müəyyən qədər haqlıdır. Polyaklar onlardan oğurlanmışları unutmurlar, iddiaları var. Amma Stalin dövründə onlara yalnız Dansiq, Prussiya və Avstriyadakı qərbi slavyan və balt torpaqlarının bir hissəsi verilməyib, Polşanın şərq sərhədləri xeyli qərbə çəkilib, indiki Qərbi Ukrayna , Qərbi Belarus və Litvanın bir hissəsi I Polşa respublikasına daxil idi .
Hərçənd onlar itirdiklərini unutmurlar. Sovet dövrü bizdə də nümayiş olunan maraqlı bir polyak filmi var idi. “Ara həkim” (türkəçarəçi, loğman) adlı bu filmə 3 dəfə, müxtəlif yaşlarda baxmışam. Hər dəfə başqa təəssüratlarım olub. İlk dəfə zəngin bir ailəni oğlu ilə yetim, kimsəsiz qızın uğurlu sevgi tarixçəsi-polyaksayağı Sinderella (Göyçək Fatimə) süjeti məni cəlb etmişdi.
II dəfə baxanda XX əsrin 20-30-cu illər Polşasının bizim bu günümüzə çox bənzəməsi diqqətimi çəkmişdi. Avropalaşma təşəbbüsləri, bizim indi etdiyimiz sayaq “filan məsələyə Avropada necə baxarlar?, "biz mədəni millət olacağıqmı?" kimi suallarla özünə mazoxistcəsinə əzab vermək, ümummili natamamlıq kompleksi ürəyimi ağrıtmışdı-polyaklar artıq bu kompleksdən qurtulub, “bəs biz nə zaman qurtulacağıq? deyə düşünmüşdüm.
III dəfə başqa bir film seyr etdim. Polyak kinematoqrafının sovet senzurasını yarması, sovet ideoloqlarını filmin zahiri sosial və Zoluşka motivləri ilə aldada bilməsi şaşırdıcıdır. Film polyak millətçiliyini, Böyük Polşa ideyasını, "Şərq sərhədləri" (vostocniye kresi) iddiasını təbliğ edir. Polyak millətçiləri "şərq sərhədləri" deyəndə bəzən bütün Ukrayna, Belarus, Litva və Rusiyanın Smolenşina tarixi vilayətini nəzərdə tutur. Filmin cərəyan etdiyi ərazilərdə yaşayanlar provaslavdırlar (yəni belarus və ukraynalılar). Amma filmdə onlar polyak kimliyinin daşıyıcısı kimi təqdim olunur. Katolik-provaslav fərqi isə "eybəcər" kapitalizmin günahına yazılırdı. Sovet senzurası beləcə aldadılır və film sovet ekranlarına buraxılırdı. Fərqində də deyildilər ki, bir zamanlar ResPospolitanın tərkibində olmuş ərazilərdə o film necə assosiasiya olunur.
Polyaklar onlardan oğurlanmışları unutmurlar; iddiaları, haqları da var. Amma iddiaları ilə bərabər ağılları da var. Qonşularla yola getməyin lazım olduğunu anlayırlar. Varşava Müqaviləsi boyunduruğundan qopandan sonra ilk işlərindən biri Almaniya ilə anlaşıb hər iki ölkənin dərslik kitablarında nifrət aşılayan mətnlərin yığışdırılması olmuşdu.
Baltikada antisovet çıxışlar başlayanda Litvanın polyak əhalisini “Vilno (Vilnus) muxtariyyəti” üçün təhrik etmək təşəbbüsləri də olmuş, mərkəzi televiziya bu istiqamətdə xeyli qızışdırıcı süjetlər də yayımlamışdı. Amma qızışıb bizə ərazi iddiaları qaldıran, Cənubi Qafqazın Rusiyadan tam qopmasını 30 ildir tormozlayan ermənilərdən fərqli olaraq Litva polyakları bu təhrikə getmədilər. Çünki bu, Varşavanın marağında deyildi.
Cəmaləddin Quliyev, siyasi ekspert
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu







































.png)