Nida Təhlil
Qurbanov və dəstəsinin ifşası: 17 min manatla gəzən milyonçu “qhtşniklər”
“Toplum Tv” işi üzrə iyunun 8-də keçirilən məhkəmə prosesində “Demokratik Təşəbbüslər İnstitutu”nun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanovun təqdim etdiyi vəsatət qaçaqmalçılıq şəbəkəsinin fəaliyyətini çılpaqlığı ilə ifşa edir.
A.Qurbanov bildirir ki, istintaq zamanı götürülən çantasının içində 17 min manat pul olub. O, bu pulun “şəxsi halal qazancının bir hissəsi olduğunu” iddia edir və əlavə edir ki, 200 726 AZN-dən artıq vəsaitin legitim mənbəyini göstərən 3 sənəd təqdim edib.
17 min “halal pul”, legitim olan 200 min AZN?
A.Qurbanov biznesmen olsaydı, belə bir sualın yaranması zərurəti də olmazdı, lakin o, özünü “ictimai fəal” adlandırır, rəhbərlik etdiyi İDİ və III Respublika Platforması isə qeyri-hökumət təşkilatı statusundadır. Yəni fəaliyyət istiqaməti konkret layihələr həyata keçirmək və maliyyə mənbələrinə bunun hesabatını verməkdən ibarətdir. Bəs necə olur ki, bir “ictimai fəal” – “qhtşnik” 200 min manatdan artıq vəsait qazana bilib? Hərçənd, istintaq materiallarında Qurbanovun qazancının daha çox olduğu qeyd olunur, özü isə bunu qəbul etmək istəmir. Hətta Qurbanovun etiraf etdiyi 200 min manatdan artıq vəsait belə onun milyonçu olduğuna dəlalət edir. Çantasında 17 min manatla gəzən milyonçu “ictimai fəal”. Milyonların qazanılmasının arxasında milli maraqlar əleyhinə qeyri-qanuni fəaliyyətlər, qaçaqmalçılıq, maxinasiyalar dayanır.
A.Qurbanov da daxil olmaqla “Toplum Tv” işində adı hallananların bu qədər vəsaitləri hansı yollarla, necə əldə etdikləri artıq ifşa olunub. Qərbin hələ 1990-cı illərin sonlarında Azərbaycanda yaratmağa başladığı şəbəkə böyük maliyyə axını ilə təmin edilib. Söhbət milyonlarla dollar vəsaitdən gedir. ABŞ-ın Milli Demokratiya İnstitutu (NED), USAİD və digər donor təşkilatların milyonlarla dollar vəsaiti hansı məqsədlə ayırdığı, bu pulların hara xərcləndiyi də bilinən faktlardır. 2011-2012-ci illərdə NED-in Azərbaycan üzrə ofisinin rəhbəri olmuş Aleks Qriqorevsin təşkilatçılığı ilə Bakıda xaos planına 2 milyon dollar xərclənmişdi.
2013-cü ildən etibarən şəbəkənin qeyri-şəffaf maliyyə axını aradan qaldırıldıqdan sonra qaçaqmalçılıq fəaliyyətinə start verildi. Bu məqsədlə bir neçə yoldan istifadə edilirdi. Qərbin donor təşkilatları vəsaiti Gürcüstan banklarındakı hesablara köçürülür, daha sonra Tbilisiyə “turist” kimi gedən şəbəkə üzvləri həmin vəsaitləri nağdlaşdıraraq, Azərbaycana gətirirdilər. Bununla yanaşı, “kölgə bankçılıq” adlandırılan və gizli olduğu üçün daha çox İŞİD kimi terror təşkilatlarının da istifadə etdiyi “Hawala sistemi”ndən, eləcə də xarici ölkələrə məxsus “adsız kartlar”dan da istifadə edilirdi. “Absaz net” və “Toplum Tv” işində aparılan istintaq zamanı şəbəkənin qaçaqmalçılığı ortaya çıxdı. Şəbəkə yarım milyondan çox vəsaiti qeyri-qanuni yollarla Azərbaycana keçirə bilib. “Toplum Tv”-nin redaksiyasının yerləşdiyi “Demokratik Təşəbbüslər İnstitutu”nda aparılan axtarış-əməliyyat tədbirləri zamanı A.Qurbanovun qaçaqmalçılıqda iştirakına dair faktlar əldə olunub. Məlumatlara görə, 406331063 identifikasiya kodu ilə müstəqil QHT kimi Gürcüstanda qeydiyyatdan keçən İDİ vəsaitlərin qeyri-qanuni yollarla Azərbaycana keçirilməsini təşkil edib. A.Qurbanov Azərbaycana qarşı beynəlxalq səviyyədə anti-kampaniya aparan OCCRP-nin qolu “Fakt yoxla” layihəsinin də rəsmi təmsilçisi olub. Bu faktlar A.Qurbanovun QHT rəhbəri kimi milyonçuya çevrilməsinin Azərbaycana qarşı fəaliyyəti nəticəsində mümkün olduğunu tsdiq edir.
Lakin məsələ təkcə anti-Azərbaycan planlarında iştirakla yekunlaşmır. A.Qurbanovun böyük maliyyə imkanları əldə etməsində əsas amillərdən biri də Qərbin donor təşkilatlarının ayırdığı vəsaitələri mənimsəməsi olub. Məıumatlara görə, Qurbanov layihələrə ayrılan vəsaitləri gənclərin adına böyük məbləğlərlə rəsmiləşdirərək, onlara isə həmin vəsaitin az bir qismini – 500-600 manatını verib.
Nərmin Şahmarzadənin bununla bağlı yazdığı status da vəsaitlərin necə mənimsənildiyini ortaya çıxarır. Şahmarzadə Qurbanova xitabən yazır: “Ay əclaflar, o uşaqlar 500-1000 manat qazanıbsa, böyük şeydir. Qəpiyə işləyiblər. Sizin isə qazancınız yerində”.
Bu mexanizm Qərbə bağlı şəbəkəyə rəhbərlik edən şəxslərin əsas varlanma mənbəyi olub. “Demokratiya”, “insan haqları” adı altında xarici donor təşkilatlarından aldıqları böyük vəsaitlərin kiçik bir qismini xərcləyərək, qalanını məniməsyiblər. Bu faktlar təsdiq edir ki, şəbəkənin rəhbərləri 500-600 manata işlətdikləri gənclər üzərindən milyonlar qazanıb. Eyni zamanda, varlanmaq məqsədilə həmin gəncləri qanunları pozmağa, cinayət məsuliyyəti daşıyan əməllər törətməyə sövq edib, donor təşkilatlarına isə saxta maliyyə hesabatları təqdim ediblər. Akif Qurnabovun “halal” dediyi 17 min və “legitim” adlandırdığı 200 min manatdan artıq vəsaitin mənbəyi və necə qazanıldığı aydın olur.
Ən acınacaqlısı odur ki, A.Qurbanov kimi şəbəkəyə rəhbərlik edənlər bütün bunları “demokratiya”, “insan haqları” uğrunda mübarizə adı altında ediblər. Və milyonlar qazanıblar, “Qərb dəyərləri” adı altında inandırdıqları, 500-600 manat verdikləri, adlarına isə böyük məbləğdə “əmək haqqı” yazdıqları gəncləri qanunları pozmağa vadar edərək. Belələrinin nə olduqlarını elə özlərindən olan Nərmin Şahmarzadə ifadə edib: “Ay əclaflar...”.
Publika.az
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
-
Sosial14:50MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"
-
Sosial14:03Eynulla Fətullayev “Ağabala”nı da satdı - FOTO
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur








































