Nida Təhlil
Əliyev İrəvanın Kərki və Qazaxın 7 kəndi ilə bağlı götürdüyü öhdəliyi açıqladı
Prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıyıb. Bura Qarabağ və işğal altında olan 8 kənd (Kərki və Qazaxın 7 kəndi) daxildir.
Rəsmi Bakının tələbi Ermənistanın bunu rəsmi şəkildə təsdiq etməsi – sülh sazişinin imzalanmasıdır. İrəvan bundan qaçır, Paşinyanın Azərbaycanla müharibə ehtimalının böyük olduğu haqda dedikləri də bundan qaynaqlanır.
Ermənistan nə Qarabağda istədiyini əldə edə bilir, nə də sərhəddə. Anklavlara qarşı 1975-ci il xəritəsi üzərindən gediş etsə də - Başkəndi və sərhəd bölgəsindəki bir neçə kəndi dəyişdirmək – gündəliyə daxil edə bilmədi. Bu situasiyanı dəyişdirmək – şifahi qəbul etdiklərini rəsmiləşdirməmək üçün yeni situasiya ehtiyac var. Və belə bir situasiya nəticədən asılı olmayaraq, hərbi eskalasiya baş verdiyi halda mümkün ola bilər. Nikolun müharibə xəbərdarlığı mümkün eskalasiyada “alibi” qazanmaq gedişi də ola bilər.
Asif Nərimanlı
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu







































.png)