Nida Təhlil
Putinin adada çəkilən bu şəkillərindəki gizli şifrələr gündəm oldu
"Vaqner" üsyanından sağ çıxan Vladimir Putinin doğulduğu Sankt-Peterburqda çəkilən fotolarındakı gizli şifrələr üzə çıxıb.
Publika.az xəbər verir ki, Rusiya lideri Vladimir Putin ən yaxın müttəfiqi olan Belarus lideri Aleksandr Lukaşenkonu doğulduğu Sankt-Peterburqda qonaq edib. Sankt-Peterburqda təkbətək görüşən, kilsəni ziyarət edən və ictimai əlaqələr üzrə gərgin iş aparan Putin və onun müttəfiqi Lukaşenkonun gündəminin başında, gözlənildiyi kimi, "Vaqner" qrupu dayanırdı.

68 yaşlı Aleksandr Lukaşenko Sankt-Peterburqda NATO və Rusiyanı birbaşa müharibə vəziyyətinə salacaq bir məlumat bölüşüb. O bildirib ki, hazırda ölkəsində əsgər hazırlayan "Vaqner" üzvləri NATO üzvü olan Polşaya daxil olmaq istəyirlər:

"Bəlkə deməməliydim, amma deyəcəyəm. "Vaqnerçi"lər bizi sıxışdırmağa başlayıblar, deyilər ki, "Qərbə getmək istəyirik, gəlin Varşava və Rzeşova səfərə gedək”. Təbii ki, razılaşdığımız kimi, onları Belarusun mərkəzində saxlayıram. Onları ora köçürmək istəmirəm, çünki realist olmaz lazımdırsa, onların ruh halı yaxşı deyil".

Dünya mediası Lukaşenkonun bu sözlərinə fokuslanarkən, əvvəldən Ukrayna işğalını yaxından izləyən Müharibə Araşdırmaları İnstitutu (ISW) səfərin təhlilində başqa məqama diqqət yetirib.
Təhlillərə görə, danışıqlardan sonra Putin qonağı Sankt-Peterburqdakı Kronştadt adasına (Kotlin adası) aparıb. Sözügedən ada hərbi baxımdan çox həssas bir nöqtədədir. ISW-nin məlumatına görə, adaya səfəri əks etdirən fotoşəkillər Putinin verdiyi bir çox gizli siqnalları üzə çıxarır.

Kronştadt adasında bu gün də fəaliyyət göstərən dəniz bazası düz 102 il əvvəl, 1921-ci ildə məşhur üsyanın şahidi olub. Adadakı əsgərlər və matroslar qəfildən bolşeviklərə hücum ediblər, lakin hücum dəf edilib. ISW-nin məlumatına görə, Putinin mühüm qonağı adaya gəzintiyə aparması təsadüfi deyil. 70 yaşlı Rusiya lideri "Vaqner" üsyanından sonra güc və inam nümayiş etdirmək istəyib.

Kremlin rəsmi saytında dərc olunan fotolarda iki ad diqqət çəkib. Bunlar müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Şoyqu və Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovdur. Ada turunda Rusiya və Belarus liderlərini Ksenya Şoyqu və qubernator Beqlov müşayiət edib.

Vladimir Putin kimi, müdafiə naziri Şoyqu da Sankt-Peterburqdan olan "Vaqner"in rəhbəri Yevgeni Priqojinin ən çox nifrət etdiyi adlar siyahısında birinci yerdədir. Sankt-Peterburq qubernatoru Beqlov da Priqojinin şəxsən düşmənçilik etdiyi rəhbərlərdən biridir. Həmin şəxslərin Putinin yanında olması da, "Priqojinin tələbi ilə Şoyqu vurulacaq" iddasının təkzibi ola bilər.
Putin və Lukaşenko adadakı kilsəni də ziyarət ediblər.

Kilsənin çıxışında hər iki lider insanların onlarla şəkil çəkdirməsinə icazə veriblər.

Onların arasında yeni evlənən cütlük də olub.

Kremlin dərc etdiyi kadrlarda qucağında uşaqla poza verən 70 yaşlı Putinin fotosu diqqət çəkib.

ISW-nin məlumatına görə, o, bu qeyri-adi fotolarla Rusiya xalqına Putinin hələ də sevilən lider olduğunu göstərmək istəyib. Simvolik jestlər Rusiya liderinin dərk etdiyi populyarlıqdan və onun rejiminin, eləcə də Moskvada hakimiyyət uğrunda mübarizə aparan qruplaşmaların təhlükəsizliyindən narahatlıq duyduğundan xəbər verir.

Vladimir Putin, xüsusən də Ukrayna işğalı başlayandan bəri ictimai görüşlərdən uzaq gəzirdi.

Təhlildə həmçinin qeyd olunub ki, Aleksandr Lukaşenko "Vaqner" qrupunun muzdlularını Belarusun mərkəzi hissəsindəki qərargahda yerləşdirib. Bu addım Putini narahat edir. Çünki üsyandan əvvəl "Vaqner"in əsas qərargahı Krasnodar şəhərində idi - Moskvadan 1370 kilometr aralıda. Belarusdakı yeni baza Rusiya paytaxtından cəmi 720 kilometr aralıda yerləşir.
Nəzrin
-
Sağlamlıq09:21Növbəti beş ildə ən çox ölümə səbəb olacaq xəstəliklər açıqlandı
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu







































.png)