Nida Təhlil
BQXK-nin Qarabağa getmək israrı: Məqsəd ədalətdir, yoxsa ermənilərə dəstək?
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) keçmiş Qarabağ münaqişəsi ilə əlaqədar olaraq 1992-ci ildən regionda fəaliyyət göstərir. Təşkilat Bakı və İrəvanda nümayəndəliklər vasitəsilə Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhəd boyu yaşayan icmalarla əlaqə qurur. Həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi Komitənin əsas fəaliyyət istiqamətlərindən biridir. Məhbusların öz ailə üzvləri tərəfindən ziyarət edilməsinə şərait yaradır. Azad edilmiş şəxslərin köçürülməsi və qaytarılmasını asanlaşdırmaq üçün neytral vasitəçi kimi çıxış edir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisindən işləməməsinə səbəb nədir? Qırmızı Xaçı Qarabağ bölgəsində fəaliyyət göstərməyə nə vadar edir?
Məsələ ilə bağlı politoloq Amid Əliyev Publika.az-a açıqlama verib.
O, bildirib ki, Komitənin Bakıda yox, məhz Xankəndi ofisində indiki məqamda işləməsi və fəaliyyətini Azərbaycan dövləti ilə razılşadırmaması sırf ikili standart və selektiv yanaşma göstəricisi hesab oluna bilər:
“Komitə hələ I Qarabağ müharibəsində belə itkin düşmüş 4 minə yaxın azərbaycanlı haqqında məlumatların verilməsini Ermənistan hakimiyyətindən tələb etməyib. Bu azmış kimi BQXK II Qarabağ müharibəsində bir sıra hərbi əhəmiyyətli məlumatları da ermənilərə ötürüb. Bunlarla yanaşı isə son zamanlar məhz BQXK vasitəsilə əraziyə qanunsuz yüklərin daşınması ehtimalı da Azərbaycan tərəfindən tam sübuta yetirilib. Bütün bu faktlar onu sübut edir ki, BQXK və onun rəhbərliyi erməni lobbisinin əlində oyuncağa çevrilmiş növbəti beynəlxalq təşkilatdır”.

Politoloq əsir götürülmüş azərbaycanlı hərbçilərin geri qaytarılması, ərazilərin minalardan təmizlənməsi və digər humanitar məsələlərdə də təşkilat tərəfindən addımlar atılmadığını diqqətə çatdırıb:
“Bu da bu təşkilatın ermənilərə havadarlıq edən qüvvələr tərəfindən, xüsusilə də Fransa tərəfindən alınan direktivlər əsasında işlədiyini deməyə imkan verir. BQXK beynəlxalq hüququn və münasibətlərin mövcud olan prinsiplərinə görə, Xankəndidəki fəaliyyətini Azərbaycan dövləti ilə razılaşdırmalı, əsas fəaliyyəti isə heç bir fərq qoymadan humanitar yönümlü olmalıdır”.

A.Əliyev vurğulayıb ki, Azərbaycanın suveren ərazisində fəaliyyət göstərən hər bir təşkilat Azərbaycan qanunlarına hörmətlə yanaşmalıdır:
“Lakin, görünən odur ki, Qırmızı Xaç Komitəsinin rəhbərliyi bu prinsipləri unudub, ermənilərə dəstək verməklə tərəf seçib. Bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasında maraqlı olmadığını nümayiş etdirir. Onun fəaliyyətinin də maliyyələşməsi məhz bölgədə bu qarşıdurmanın uzun müddətli olmasını istəyən qruplar tərəfindən maliyyələşir və təchiz olunur. Buna görə də təşkilat rəsmi olaraq Bakıda yox, Xankəndində bu qrupların hələ ki, əllərinin və səslərinin çatdığı bir yerdə işləməyə həm davama edir, həm də məcburdur”.
Aysel Şahmar
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir



































.png)