Nida Təhlil
Kanadanın Aİ-nin missiyasına qoşulması sabitliyə təhdid yaradır - ŞƏRH
Məlum olduğu kimi, ötən ilin oktyabr ayında Azərbaycan və Ermənistan rəhbərləri arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Praqada keçirilən görüşdə Avropa İttifaqının Ermənistana mülki missiya göndərməsi barədə razılıq əldə olunmuşdu. Razılığa əsasən, missiyanın müddəti 2022-ci ilin dekabrında bitməli idi. Lakin bu ilin əvvəlində Aİ qeyd olunan müddətin qanunsuz şəkildə uzadılmasına qərar verdi. Bu, Azərbaycanla razılaşdırılmadan atılmış bir addım idi.
Bunu Publika.az-a açıqlamasında siyasi ekspert İlyas Hüseynov deyib.
İ.Hüseynov qeyd edib ki, Kanadanın Avropa İttifaqının Ermənistana göndərdiyi mülki missiyaya qoşulmasında Fransanın rolu danılmazdır:
"Fransa bütün dünyada olan gücündən hər vəchlə istifadə edərək, Ermənistanı öz himayəsində saxlayır. Bu xüsusda qeyd edim ki, Kanadanın Kvebek əyalətində də fransızların böyük üstünlüyü vardır. Odur ki, bu amil sözügedən məsələdə önəmli faktor kimi diqqətə alınmalıdır. Yəni Aİ-yə üzv olmayan Kanadanın mülki missiyaya qoşulması Fransanın həmin ölkədə gedən geosiyasi proseslərdə yer almağa çalışması ilə əlaqədardır".

Ekspert bildirib ki, Kanadanın bu hərəkəti istənilən halda qərəzlilik nümunəsidir. Azərbaycanın ərazi bütövlüyünü tanıyan bir dövlət ikili münasibət nümayiş etdirməməlidir. "Kanada ermənipərəst mövqe ortaya qoymaqla regional sülhə, təhlükəsizliyə və sabitliyə birbaşa təhdid yaradır", - politoloq əlavə edib.
Mehti Kamiloğlu
-
Region10:51Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?
-
MDB10:24Ruslar bu gecə də yatmadılar: Ukrayna yüzlərlə PUA ilə hücum edib
-
Sosial09:24Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI
-
Yaxın Şərq09:12İran Əl-Əzraq bazasını vurdu: ABŞ-ın xeyli qırıcısı məhv edildi
-
Magazin208:49Spilberqdən yadplanetlilərlə bağlı şok açıqlama - Onlar aramızdadır...
-
Səhiyyə05:15Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...
-
ABŞ02:00Tramp İrana qarşı nüvə silahından istifadə etmək istəyir
-
Dünya01:50ABŞ qüvvələri İrandakı hədəflərə zərbələr endirir - CENTCOM





































