Nida Təhlil
BQXK-nin fəaliyyəti sual doğurur - Azərbaycanın cavabı sərt olacaq
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) keçmiş Qarabağ münaqişəsi ilə əlaqədar olaraq 1992-ci ildən regionda fəaliyyət göstərir. Təşkilat Bakı və İrəvanda nümayəndəliklər vasitəsilə Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhəd boyu yaşayan icmalarla əlaqə qurur. Həmçinin itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi Komitənin əsas fəaliyyət istiqamətlərindən biridir. Məhbusların öz ailə üzvləri tərəfindən ziyarət edilməsinə şərait yaradır. Azad edilmiş şəxslərin köçürülməsi və qaytarılmasını asanlaşdırmaq üçün neytral vasitəçi kimi çıxış edir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı ofisindən işləməməsinə səbəb nədir? Qırmızı Xaçı Qarabağ bölgəsində fəaliyyət göstərməyə nə vadar edir?
Mövzu ilə bağlı Publika.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti bir çox hallarda sual doğurur:
“Komitə ilə Azərbaycan Respublikasının münasibətləri müstəqilliyimizi bərpa etdikdən sonra əmələ gəlib. Bu proses həm də rəsmi sənədin imzalanması ilə formalaşıb. Buna görə də həm bizim onların, həm də onların bizim qarşımızda öhdəlikləri var. Amma bu humanitar təşkilatdır. Siyasətdən uzaq olmalıdır. Siyasi proseslərə nəinki qarışmaq, heç münasibət belə bildirə bilməz. Əsirlərin dəyişdirilməsi, meyitlərin qaytarılması kimi vacib işlər təşkilat tərəfindən görülür. Bu komitənin Azərbaycanda yerləşən nümayəndəliyi hələ ki elə ciddi səhvlər etməyiblər ki, onlar haqqında tənqidi tərzdə danışaq”.

Politoloq qeyd edib ki, Qarabağ bölgəsində qaydaları pozan Ermənistanda yerləşən Qırmızı Xaç Komitəsinin nümayəndəliyidir:
“Nəzarətimiz yüksək səviyyədə olduğundan qanunsuz işin üstü açıldı. Xəbərdarlığımızı etmişik, hətta onların baş ofisinə də müraciətimizi ünvanlamışıq. Artıq onlar lazımi tədbirləri görüblər ki, İrəvandakı nümayəndəlik həddini aşmasın. Düzdür, onlar hər şeyi sürücünün üstünə yıxdılar ki, guya ki, onların bu işdən xəbəri yox idi. Necə olur ki, sürücünün nə apardığından nümayəndəliyin xəbəri yoxdur? Əgər həqiqətən də beynəlxalq təşkilatlar ön məramnamələrinə əvvəldən axıra kimi riayət edirlərsə o zaman işləsinlər. Amma bir haldaki onlar qayda pozuntularına, siyasi proseslərə müdaxilə edirlərsə bu yolverilməzdir. Ona görə də lazımi tədbirləri görmüşük. Bir daha belə hal olarsa Azərbaycanın cavabı da, tədbirləri də sərt olacaq”.
Aysel Şahmar
-
İdman06:46Ulduz tennisçi atasını hər kəsin gözü qarşısında alçaltdı - VİDEO
-
ABŞ06:30Trampın iştirak etdiyi tədbirdə atəş açan o imiş
-
Magazin206:16“Eşref Rüya”nın aktyoru Ərdoğanla görüşdü - VİDEO
-
Dünya04:44Fil sürüsü milyonçunun ov səfərinə SON QOYDU
-
Magazin202:1290 kilodan 55-ə düşdü - Nə ac qaldı, nə də idman zalına getdi
-
Sosial00:00Günün ULDUZ FALI - Gizli imkanlar üzə çıxa bilər
-
Sosial25 Aprel 22:36"Şəkili Pərviz" həbs olundu
-
Magazin225 Aprel 21:24“Kurtlar Vadisi”nin ulduzu “Eşref Rüya”da - Serial sezon finalına gedir



































.png)