Nida Təhlil
Ağdam yolu açıldı: Xankəndinə doğru daha bir addım və Bakının növbəti qələbəsi
Rusiya Qızıl Xaç Cəmiyyətinin yük maşını 10 sentyabr tarixində Ağdama, oradan Xocalıya (Əsgəran qəsəbəsi) daxil olacaq və Qarabağdakı erməni əhalisinə çatdırılacaq. Bu, Ağdam-Xankəndi marşrutu üzrə ilk yükün keçidi olaraq tarixə düşəcək.
Beləliklə, Ağdam marşrutunun açılması artıq həll edildi və Azərbaycanın suveren ərazisinə yüklərin öz ərazimizdən daxil edilməsinə başlanır. Bu, rəsmi Bakının prinsipial mövqeyinin qəbul edilməsi və praktiki mərhələdə növbəti qələbəsidir. Və Azərbaycan suverenlik prinsipi olaraq qəbul etdiyi bu məsələdə təkcə Ermənistanı yox, onu dəstəkləyən, eləcə də bölgədəki maraqlarını Qarabağ üzərindən həyata keçirməyə cəhd edən beynəlxalq oyunçuları da məğlub etdi.
Rəsmi Bakı haqlı olaraq Azərbaycan ərazisinə malların Ermənistandan yox, öz ərazimizdən daxil olması mövqeyində israr edirdi. Ermənistan bunu qəbul etmir, Qarabağdakı separatizmin qorunmasına hesablanan oyunlar oynayır, beynəlxalq müstəvidə Bakıya təzyiq edilməsinə və geri addım atmasına nail olmağa çalışırdı. Hətta məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə qədər çıxardılar. Bu prosesdə Fransa Ermənistanın aktiv dəstəkçisi rolunda çıxış edirdi. Rəsmi İrəvanın sərhədimizdə “yardım şousu”na Fransanın qoşulması da bu oyunun tərkib hissəsi idi. Lakin heç bir cəhd nəticə vermədi və rəsmi Bakı suverenliyimiz üzərindən oynanılan qlobal oyunu pozdu, bu prosesdən qalib olaraq çıxdı.
Ağdam-Xankəndi yolunun açılması ilə Bakı mühüm strateji nəticələr əldə edir:
Birincisi, beynəlxalq müstəvidə aparılan “Qarabağda humanitar fəlakət” kampaniyası arxa plana keçəcək: artıq belə bir iddianın gündəmə gətirilməsi mənasızdır;
İkincisi, ilkin mərhələdə Rusiya yükünün Ağdam yolundan keçməsi bu marşrutun önündəki maneələri aradan qaldıracaq və Azərbaycanın humanitar yüklərinin Xankəndinə daxil olmasının da önü açılacaq;
Üçüncüsü, Azərbaycan yüklərinin Xankəndinə daxil olması Qarabağdakı erməni əhalisinin reinteqrasiyası prosesində həlledici amillərdən biridir: erməni əhalisi onları girovluqda saxlayan separatçılar qarşısında alternativ çıxış yolunun olduğunu praktiki olaraq, görəcək;
Ağdam yolunun açılmasından sonra Laçın yolundan da yüklərin buraxılması məsələsi aktuallaşır. Bunu beynəlxalq oyunçular – ABŞ, Avropa İttifaqı və Rusiya istəyir, rəsmi Bakı da əvvəldən bu məsələyə müsbət baxır. Laçın yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) yükləri keçəcək. Hərçənd bu, yalnız BQXK yüklərinin Ağdam marşrutu üzrə getməsi ilə eyni vaxtda mümkündür. Çünki yüklərin daşındığı ərazi Azərbaycanın suveren torpağıdır. BQXK yüklərinin Ağdam yolundan da daşınması isə bu beynəlxalq təşkilatın Xankəndindəki ofisinin İrəvan yox, Bakı nümayəndəliyinə tabe olmasına da zəmin yaradacaq.
Bütün bunların fonunda isə Laçın yolundan yüklərin keçidi təmin edilsə belə, Ağdam yolunun erməni əhalisinin təminatında əsas marşruta çevriləcəyi perspektivi aydın görünür:
Birincisi, Laçın yolunda sərhəd-keçid məntəqəsinin olması buradan daşınacaq yüklərə hüquqi nəzarət imkanı verir;
İkincisi, bu yoldan daşınacaq yüklərə Azərbaycanın gömrük-hüquqi qaydaları tətbiq ediləcək, yəni hər yükə görə gömrük rüsumu ödəniləcək və bununla Azərbaycan ərazisinə kənardan yox, öz ərazisindən daşımaların daha sərfəli olduğu reallığını ön plana çıxacaq;
Prezident İlham Əliyev də ABŞ dövlət katibi Entoni Blinkenlə telefon söhbətində bildirmişdi ki, yalnız Ağdam-Xankəndi yolunun açılmasından sonra Laçın-Xankəndi yolu açıla bilər, bu da yalnız Azərbaycanın gömrük və sərhəd-nəzarət rejimi qaydaları tətbiq edilməklə mümkün olacaq.
Bakı erməni əhalisinin yaşadığı ərazilərlə bağlı tələblərindən birinə - Ağdam-Xankəndi yolunun açılmasına nail oldu, hərçənd, bununla hər şey bitmir. Suveren ərazilərimizdə Ermənistanın dəstəklədiyi və rəsmi şəkildə maliyyələşdirdiyi separatçı rejimin özünü buraxması, Qarabağdakı erməni silahkı qüvvələrinin bütün ünsürlərinin Azərbaycandan çıxarılması, bölgədəki bütün qanunsuz silahlı dəstələrin tərki-silah edilməsi tələbi qalır. Və Ağdam marşrutunun açılması bu tələblərə təsir etmir. Rəsmi Bakının bunlarla bağlı qəti mövqeyi var və bu məsələni ya öz xoşlarına həll edəcəklər, ya da buna məcbur ediləcəklər.
Asif Nərimanlı
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO