Nida Təhlil
Xankəndidə “aclıq çəkən” boşnak uşaq: Şərq xristianlarını erməni lobbisinin təsirindən necə çıxarmalı? - FOTO
Xəbər verdiyimiz kimi, Misir qibti kilsəsinin rəhbəri bu ayın əvvəlləri Papa II Tavadros (Teodor və ya Feodor) Qahirədəki İqamətgahında Misirdəki Erməni Arxiyepiskopu Aşotu və Ermənistan səfiri Hraçya Poladyanı qəbul edib. Onlar baş qibti ruhanisini oktyabrda Ermənistanda Müqəddəs konformasiya (xaçsuyuna salma ayini) bayramında iştirak etmək üçün dəvət ediblər. Papa bu məsələdə onu təmsil edəcək birini göndərəcəyini vəd edib.
Görüş haqda məlumatda deyilirdi ki, söhbət zamanı “Artsax” bölgəsinin Azərbaycan tərəfindən qeyri-qanuni və qeyri-insani blokadaya alınmasına” da toxunulub. Qibti ruhanisi iki qonşu ölkə arasında sülhün hökm sürməsi ümidi ilə Azərbaycan dövlətinin müvafiq orqanlarına müraciət edib ki, insanları “aclıq kabusu”ndan qurtarmaq üçün Laçın dəhlizi açılsın.
Xatırladaq ki, qibtilər (koptlar) Misir əhalisinin 10 faizindən çoxunu təşkil edir, dövlət qurumlarında, xüsusən xarici siyasət idarəsində qibti icmasının müəyyən ağırlığı var. Qibtilərin sıralarından çoxsaylı tanınmış diplomat, mədəniyyət xadimləri çıxıb ( Butros Qali, Ömər Şərif və b.). Ənənəvi Şərq- antixalkidon xristianlığına mənsub digər icmalar (siryani, malankar, efiop və b. kiləslər) kimi qibtilər də erməni qriqorian icmasına isti münasibət bəsləyirlər. Bu, Qarabağ münaqişəsinin ilk illərində Misirin xarici işlər naziri, sonra BMT baş katibi olmuş Butros Qalinin zamanında da beləydi, bu gün də. II Qarabağ savaşı günlərində və sonra qibtilərin “Maat” fondu ardıcıl olaraq anti-Azərbaycan bəyanatlarla çıxış edirdi. Fondun rəhbəri Ayman Akil bəyanatında iddia etmişdi ki, “Azərbaycan Dağlıq Qarabağ müharibəsi bitdikdən sonra Türkiyənin dəstəyi ilə erməni əsirlərini hələ də həbsdə saxlayaraq insan haqlarını və öhdəliklərini pozur”.
Misirdə erməni diasporu çoxsaylı olmasa da, 19-cu əsrin sonlarında erməniəsilli baş nazir Nubar Paşanın zamanından fəaldır, öz məktəb, qəzet və kilsələri var.
Misirli ekspertlərə görə, Ermənistan və Azərbaycan arasında münaqişənin başlanğıcından Misir hər iki ölkə ilə möhkəm münasibətləri nəzərə alaraq, neytral mövqe tutub. 2020-ci ilin sentyabrında isə Ermənistan prezidenti Armen Sarkisyan misirli həmkarını “qan tökülməsini tez bir zamanda dayandırmaq üçün” öz əlaqələrindən və nüfuzundan istifadə etməyə çağırmışdı. Bu il yanvarın sonlarında, Mərkəzi Asiyaya turnesi çərçivəsində Misir Prezidenti Əbdülfəttah əs-Sisi Bakı və İrəvanı ziyarət etmişdi
Misir mediasının məlumatına görə, dünən Papa II Tavadros Azərbaycan Respublikasının Misirdəki səfiri Elxan Poluxovu da Qahirədə qəbul edib.
Səfir bildirib ki, görüşün məqsədi Papa həzrətləri ilə tanış olmaq və onu Azərbaycana səfərə dəvət etməkdir. Səfir Misirlə Azərbaycan arasında yaxşı münasibətlər olduğunu vurğulayaraq, iki ölkə arasında son rəsmi səfərlərə, o cümlədən Əbdülfəttah Sisinin Bakıya səfərinə diqqət çəkib. O, Azərbaycan və Ermənistan arasındakı münaqişəyə toxunaraq, qibti ruhanisindən sülh üçün dua etməyi xahiş edib. Öz növbəsində, Tavadros bütün dünyada sülh olması üçün dua etdiyini bildirib və xatirə olaraq səfirə qibti kilsəsinin tarixinə dair kitab hədiyyə edib.
Fikrimizcə, Azərbaycan tərəfinin yalnız Misirdə deyil, beynəlxalq miqyasda, xüsusən Qərbin dini icmaları arasında ciddi nüfuzu olan çoxsaylı etnokonfessional icmanı, nəhayət ki, ciddi qəbul etməsi və onlar üzərində ermənilərin birtərəfli təbliğatının qarşını almaq üçün addım atması uğurlu təşəbbüsdür. Amma ümumən Şərq xristianlarının erməni lobbisi tərəfindən bizim əleyhimizə istifadə edilməsinin qarşısını almaq üçün davamlı addımlara ehtiyac var.
Qibtilərin təbliğat imkanlarına aid bir yeni faktı da sonda diqqətə çatdıraq. İcmanın media resurslarından olan “dostor.org” saytı Bosniya savaşına aid, aclıq çəkən müsəlman-boşnak uşaqların zibillikdə qida axtarmasını əks etdirın fotonu Qarabağdakı erməni əhalisinin "aclıq çəkməsinin" sübutu kimi tirajlayır. Halbuki həmin foto Qərb mediasının o zamana aid reportajlarında da dərc olunub.
Cəmaləddin Quliyev, siyasi ekspert
-
ABŞ21:51Bu gün İranı yenidən sərt şəkildə vuracağıq - Tramp elan etdi
-
Art21:00"Yaşıl Teatr" və Bələdiyyə Teatrı meriyadan alındı
-
Nida Xəbər 20:34Bu institut ləğv edilir - Qərar
-
Rəsmi xronika20:24Prezident Fərman imzaladı
-
Hadisə20:00Bakıda piyada son anda ölümdən döndü - Anbaan video
-
Kriminal18:25Ramiz Mehdiyev barədə qərar verildi
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu













.jpg)





.jpg)



















